Kolin Marqaretta Makkalou (ing. Colleen Margaretta McCullough) — Avstraliya yazıçısı, məşhur “Tikanlıqda şərqi deyənlər” romanının müəllifi[1]
Kolin Marqaretta Makkalou | |
---|---|
ing. Colleen McCullough | |
Doğum adı | Colleen McCullough |
Təxəllüsü | Kolin Makkalou |
Doğum tarixi | |
Doğum yeri | Vellington, Yeni Güney Uels, Avstraliya |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | Norfolk adası, Avstraliya |
Vəfat səbəbi | Artrit |
Vətəndaşlığı | Avstraliya |
Təhsili | Sidney Universiteti |
Fəaliyyəti | yazıçı, dramaturq |
Fəaliyyət illəri | 1974-2015 |
Əsərlərinin dili | ingiliscə |
Tanınmış əsəri |
|
Mükafatları |
Colin Makkalou 1937-ci il iyunun 1-də Vellinqton şəhərində (Yeni Cənubi Uels) Ceyms və Laura Makkalounun ailəsində anadan olmuşdur. Colinin anası Yeni Zelandiyadan idi və onun əcdadları ölkənin yerli əhalisi olan maori xalqına məxsus olmuşdur. Colin Makkalounun ailəsi tez-tez müxtəlif yerlərə köçür, nəhayət onlarSidneydə məskunlaşır. Kolin Makkalou yaxşı təhsil almış və rəssamlıqla məşğul olmuş, hətta bir ara şeir yazmışdır. Valideynlərinin təsiri ilə o, gələcək peşəsi olaraq həkimliyi seçmişdir. Kolin Makkalou Sidney Universitetində neyropsixologiya ixtisası üzrə təhsil almışdır. Universiteti bitirdikdən sonra Royal North Shore Hospitalda işləmişdir. 1963-cü ildə o, Londona köçmüşdür. 1967-1976-cı illərdə Kolin Makkalou Yale Universitetinin Yale Tibb Məktəbində neyrobiologiya şöbəsində tədqiqat və tədris fəaliyyəti ilə məşğul olmuşdur. Məhz bu dövrdə o, ilk dəfə ədəbi fəaliyyətə başlamış, “Tim” və “Tikanlıqda şərqi deyənlər” romanlarınını yazmış və sonda özünü tamamilə ədəbi yaradıcılığa həsr etməyə qərar vermişdir. Kolin Makkalou 1970-ci illərin sonlarından Norfolk adasına köçmüş, ömrünün sonlarınadək burada yaşamışdır. Kolin Makkalou 29 yanvar 2015-ci ildə 78 yaşında böyrək çatışmazlığından vəfat etmiş, Norfolk adasında, Emily Bay məzarlığında dəfn olunmuşdur.
1974-cü ildə Kolin Makkalounun debüt romanı “Tim” nəşr olunmuşdur. Üç il sonar, 1977-ci ildə isə məşhur “Tikanlıqda şərqi deyənlər” (“The Thorn Birds”) romanı nəşr olunmuş və qısa vaxtda əsər bütün dünyada bestsellerə çevrilmişdir.[2] Roman iyirmidən çox dilə tərcümə edilmiş və yazıçıya dünya şöhrəti qazandırmışdır. Romanın gətirdiyi uğurdan ilhamlanan yazıçı müxtəlif janrlarda xeyli əsər nəşr etdirmişdir. Lakin onun heç bir əsəri “Tikanlıqda şərqi deyənlər” romanı qədər müəllifə uğur gətirməmişdir. Romanda 1915-ci ildən cərəyan etməyə başlayan hadisələr yarım əsri əhatə edir. Roman yeddi hissədən ibarətdir. Hər bir hissədə əsas qəhrəmnlardan birinin xarakteri açılır. əsərdə Yeni Zelandiyada kasıb çoban kimi fəaliyyət göstərən Kliri ailəsinin daha sonar Avstraliyanın ən böyük malikanələrindən biri hesab edilən Drogedanın sahibkarlarından birinə çevrilməsindən bəhs edilir.