Kolka buzlağı enməsi — 20 sentyabr 2002-ci ildə Şimali Osetiyada Karmadon dərəsində baş vermiş fəlakət. Onun nəticəsində "Rabitəçi" (rus. «Связной») filminin çəkiliş qrupu və onun tərkibindəki aktyor və rejissor Sergey Bodrov da daxil olmaqla 125 nəfər öldü və itkin düşdü.
Kolka–Karmadon buz və qaya sürüşməsi | |
---|---|
Növü | buz-palçıq-daş axını |
Ölkə | |
Yeri | Karmadon dərəsi, Şimali Osetiya |
Tarix |
|
Ölü sayı |
|
Vikianbarda əlaqəli mediafayllar |
20 sentyabr 2002-ci ildə Karmadon dərəsində baş verən Rusiya tarixində ən böyük buzlaq fəlakəti ən azı 125 nəfərin həyatına son qoydu.[2] Rəsmi məlumatlara görə, qlasial selinin enməsi zamanı 19 nəfər ölüb, 106 nəfər itkin düşüb, onlar içərisində o cümlədən Şimali Osetiyada “Rabitəçi” (rus. «Связной») filmini çəkən kinorejissor kiçik Sergey Bodrovun (27.12.1971 — 20.09.2002) çəkiliş qrupundan 42 nəfər.[3]
20 sentyabr 2002-ci ildə 20:08 saatları radələrində başlayaraq buz-palçıq-daş axını Genaldon çayı vadisi boyunca 150-200 km/s sürətlə təxminən 20 km irəliləyərək binaları, istirahət mərkəzlərini və elektrik xətlərini dağıtdı. Genaldon çayının və onun qollarının bəndlənməsi nəticəsində bir neçə bəndlənmiş göl əmələ gəlmişdir. 2002-ci il fəlakəti bir çox cəhətdən mütəxəssislər və səlahiyyətlilər üçün gözlənilməz oldu, çünki bu hadisədən 33 il əvvəl baş verən buzlaq enməsi hamar və yavaş hərəkət ilə müşayət olunmuşdu və heç bir dağıdıcı nəticələr göstərməmişdir. Bundan əlavə, bəzi versiyalara görə, buzlaqların irəliləməsi Kolka buzlağının tipik pulsasiyası ilə əlaqəli deyil idi (buzlaqşünasların proqnozlarına görə, belə hadisə təxminən 2030-cu ildə baş verməli idi), həmin ehtimallara görə, buzlağın qəfil enməsi seysmik, vulkanik və meteoroloji xarakterli kompleksli səbəblərdən baş vermişdir.[4][5]
2002-ci ildə Genaldon vadisində baş vermiş buzlaq fəlakətinin səbəbləri haqqında vahid bir versiya yoxdur. Fəlakətin baş vermə səbəblərinin 3 ehtimalı var: seysmik, vulkanik və meteoroloji. Bəzi elm adamların fikrincə, buzlağın enməsində hər üç mexanizmin təsiri var idi.[6]
Birinci fərziyyəyə görə (L.A.Vardanyants, V.D. Panov) fəlakətə təkanlara görə baş vermişdir, hansılar ki asılmış buzlaqların yatağında sürtünmənin azalmasına gətirib çıxarmışdır.[7]
Vulkanik versiya (V.R.Bolov, A.P. Polkvoy) fəlakətdən sonra ərazidə hiss olunan güclü bir hidrogen-sulfid qoxusuna əsaslanır; eyni zamanda Cimaray-Xox yamacında hadisədən sonra aerofotoşəkillərdə iki fumarolun tapıldığı iddia edildi. Vulkanik qazlar buzlaq yatağında istiləşmə təsiri yarada bilərdi.[8]
Meteoroloji hipotezə görə, əvvəlki illərdə buzlağa çoxlu qatı yağıntılar tökülüb, yaylar isə soyuq və rütubətli olub, bu da yüksək müsbət buz balansına gətirib çıxardıb. Buna görə, artıqlığı böyük bir buz massivinin dağılmasına ilkin şəraiti yaradan ekstremal asma buzlaqların yığımı baş verdi.[6][9]