Elektrikötürücü xətlər — elektrik şəbəkəsinin tərkib hissələrindən biri, elektrik cərəyanından elektrik ötürmək üçün nəzərdə tutulmuş enerji avadanlığı sistemi. Həm də elektrik stansiyasından kənara çıxan belə bir sistemin tərkibində olan elektrik xətti. Hava və kabel elektrik xətləri var.
Son illərdə qaz izolyasiya edilmiş xətlər populyarlaşmışdır.
Elektrikötürücü xətlərlə yüksəktezlikli siqnallar vasitəsilə informasiya ötürülməsi də mümkündür. Mütəxəssislərin rəyinə görə, təkcə MDB dövlətlərində 60 min yüksəktezlikli məlumat ötürmə kanalı istifadə edilir. Onlar dispetçer idarəetməsi, telemetrik məlumatların ötürülməsi, rele mühafizə və qəza əleyhinə avtomat sistemlərə siqnalların ötürülməsi üçün istifadə edilir.
Elektrikötürücü xətlərin tikilməsi özündə layihələndirmə, istehsal, quraşdırma, işəsalma və xidməti əhatə edən mürəkkəb prosesdir.
Elektrik keçiricilik qabiliyyəti dedikdə rejim-texniki məhdudiyyətlər nəzərə alınmaqla üç elektrikötürücü fazanın uzunmüddətli sabit rejimdə ötürməsi mümkün olan ən yüksək aktiv gücü başa düşülür. Ötürüləbilən ən yüksək aktiv elektrik gücü elektrik stansiyalarının generatorlarının, elektroenergetika sisteminin ötürücü və qəbuledici hissələrinin statik dayanıqlılığından və yol verilən cərəyanla xətlərin naqillərinin yol verilən qızma gücündən asılıdır. Elektroenergetika sistemlərinin istismar təcrübəsindən görünür ki, elektrik ötürücü xətlərin keçiricilik qabiliyyəti 500 kV və daha yüksək hallar üçün adətən statik dayanıqlılıq, 220-330 kV üçün həm dayanıqlılıq, həm yol verilən qızma, 110 kV və daha aşağı hallar üçün isə yalnız qızma faktoru ilə müəyyən edilir.
Hava elektrikötürücü xətlərinin keçiricilik qabiliyyətinin xarakteristikası[1][2]
Unom,
kV |
Xəttin
uzunluğu, km |
Maksimal uzunluq (FİƏ = 0.9) |
Xətlərin en kəsiyinin sayı və sahəsi, mm2 |
Natural
gücü Р nat MVt |
Keçiricilik qabiliyyəti | |||
---|---|---|---|---|---|---|---|---|
Dözümlülüyə görə | Qızmaya görə | |||||||
MVt | hissələrlə
Рnat |
MVt | hissələrlə
Рnat | |||||
10(6) | 5 | 1 | 2,1 | |||||
20 | 8 | 1 | 7,5 | |||||
35 | 20 | 1 | 15 | |||||
110 | 80 | 1 | 30 | 50 | 1,67 | |||
220 | 150-250 | 400 | 1х300 | 120-135 | 350 | 2,9 | 280 | 2,3 |
330 | 200-300 | 700 | 2х300 | 350-360 | 800 | 2,3 | 760 | 2,2 |
500 | 300-400 | 1200 | 3х300 | 900 | 1350 | 1,5 | 1740 | 1,9 |
750 | 400-500 | 2200 | 5х300 | 2100 | 2500 | 1,2 | 4600 | 2,1 |
1150 | 400-500 | 3000 | 8х300 | 5300 | 4500 | 0,85 | 11000 | 2,1 |