Kolumbiya burnu

Kolumbiya burnu (ing. Cape Columbia) — Kanadanın ən ucqar şimal nöqtəsi. Burun Elsmir adasının şimalında, Linkoln dənizinin sahilində yerləşir. Burun ilk dəfə 1876-cı ildə britaniyalı dənizçilər Pelqam Aldriç və Corc Ners tərəfindən aşkar edilmişdir.

Kolumbiya burnu
Cape Columbia
Yerləşməsi
83°06′41″ şm. e. 69°57′30″ q. u.HGYO
Akvatoriya Şimal buzlu okean
Ölkə  Kanada
Kolumbiya burnu xəritədə
Kolumbiya burnu
Kolumbiya burnu

Burun Şimal qütbündən 769 km məsafədə yerləşir. Qrenlandiya istisna qütbə ən yaxın quru sahəsi hesab edilir. Kolunmiya burnu ilə Kanadanın ən ucqar cənub nöqtəsi Midl adası arasında məsafə 4640 km-dir.

  • Corc Ners (1878). Narrative of A Voyage to the Polar Sea in H. M. Ships 'Alert' and 'Discovery'. London: Sampson Low, Marston, Searle, & Rivington.