Kolvari ağəsmə

Kolvari ağəsmə (lat. Clematis fruticosa) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.

Kolvari ağəsmə
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Vətəni Şimali Çin və Şimali Monqoliyadır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Kiçik, düz kollardır. Gövdələri 1m-dək, budaqları xırda 4 və ya 5 hissəli, parlaqdır. Yarpaqları sadə, saplağı 0,3-1,2 sm, yarpaq ayası lansetvari, uzunsov-lansetvari və ya ensiz, rombvari - yumurtavari, bölünməmiş, hər tərəfdən 1 hissəli, kənarları bir az dişli və ya bütövdür. Çiçək altlıqları yarpaqvari, çiçəklərin diametri 1,8-3,5 sm, çiçək saplağı 0,4-1,8 sm, erkəkcikləri 8–13 mm, çılpaq, tozluqları ensiz-uzunsov, 2,5–4 mm, ucu kütdür. Yumurtaları tükcüklüdür. Avqustun axırı çiçəkləyir. Dörd ləçəkli açıq çiçəkləri yuxarıya baxır.

Quru və otlu yamaclarda, çəmənlərdə, qumlu yerlərdə, qayalarda bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda bir çox rayonlarda park və bağlarda mədəni şəraitdə becərilir.

Digər kol klematislərindən fərqli olaraq onun gövdələri qışda məhv olmur. Yaşıllaşdırmada istifadə oluna bilər.