Kolxida şümşəsi (lat. Ilex colchica) — bitkilər aləminin aquifoliales dəstəsinin aquifoliaceae fəsiləsinin şümşə cinsinə aid bitki növü.
Kolxida şümşəsi | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Kolxida şümşəsi |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Cənubi Qafqazda və Kiçik Asiyada, Balkanlarda qarışıq meşələrdə bitir.
Hündürlüyü 2,5 m-ə qədər olan, sürünən gövdəli, sallaq budaqlı ağac və ya həmişəyaşıl koldur. Yarpaqları ellipsvari, uzunluğu 5-10 sm, dərili, cod kənarları dişli,üst tərəfi tünd-yaşıl rəngli, aşağı tərəfi açıq-yaşıldır. Yarpaqların qoltuqlarında yerləşmiş hamaşçiçəyi çətirşəkilli salxımlarda toplanmışdır. Erkək çiçəkləri üç çiçəkləri, dişi çiçəkləri isə bir çiçəkdən ibarətdir. Kasacığı yarıya qədər bitişik, 4 ədəd enli, ucu biz və üçkünc hissəlidir. Çiçək tacı ağımtıldır. Ləçəkləri erkək çiçəklərdə uzunsov-yumurtavari, dişi çiçəklərdə isə enli-yumurtavaridir. Meyvəsi 8–10 mm uzunluğunda, 7–10 mm enində, qırmızı rəngli olub, dörd çəyirdəklidir. Çəyirdəyi üç hissəli, kənarlardan sıxılmış, uzunsov, enli çıxıntılıdır. Yetişmiş meyvələri bütün qışı budaqların üzərində olur. Toxum və qələmlərlə çoxaldılır.
Torpağa tələbkardır, kölgəli sahələrdə normal böyüyüb inkişaf edir.
Abşeronda, Lənkəranda, Gəncədə bağ və parklarda mədəni şəraitdə becərilir.
Qışda giləmeyvələri çox dekorativ görünür. Canlı çəpərlərin salınmasında, qazonlarda, mərkəzi alleyalarda tək və ya qrup əkinlərində istifadə məqsədyönlüdür.