Komançilər

KomançiAmerika Birləşmiş Ştatlarında yaşayan yerli xalqlardan biri. Komançi qəbiləsinin MeksikaTexas arasında yerləşən ərazilərdə, daha güclü olmuşdular. XIX əsrin əvvələrində Komançilərin sayı 25 minə yaxın idi. ABŞ silahlı birliklərinə qarşı aparılan döyüşlərdə, Komançilərdən minlərlə insan həlak olmuşdur. Hal-hazırda ABŞ-də 10 minə yaxın, Komançi yaşayır. Bunlardan 5 mini Oklahoma ştatında yaşayan Komançilər təşkil edir.

Komançi
YerOklahoma, Texas, Kaliforniya
Əhalisi10.000
Diliingilis dili, komançi dili
DiniXristianlıq
Komançilərin ABŞ-də yayıldığı ərazilər, 1740-1850.

Komançi adının yaranması haqqında, müxtəlif fikirlər vardır. Bu fikirlərdən birinə əsasən digər bir hindu qəbiləsi olan Utelərin dilində arxaik formada işlənən Komance sözü olmuşdur. İspanlar Şimali Amerikaya gəldikdə, qəbilənin Kohmahts olaraq adlandırmışdılar. Bu söz, sonralar Komançi sözünə uyğunlaşdırılmışdır. Kohmahts sözü müxtəlif dillərdə, müxtəlif mənalarda işlənmişdir. Bəzi qaynaqlarda bu söz düşmən, döyüşmək istəyən, bizə qarşı olanlaryad mənalarında işlənmişdir. Komançi sözünün ispan dilində geniş yol mənasında işlənən camino ancho sözündən də yarandığı ehtimal edilir. Komançilər özlərinə insan mənasını verən Numunuu adlandırılar.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]