Komarov itburnusu (lat. Rosa komarovii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Komarov itburnusu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Komarov itburnusu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Rusiyada (Dağıstan) təbii halda rast gəlinir.
Quba-Qusar (Laza kəndi), İsmayıllı (Balahəmzə, Kəlfərəc k.) və Füzuli rayonu ərazilərində rast gəlinir.
Azərbaycanın nadir bitkisidir. NT.
Orta dağ və yuxarı dağ qurşaqlarında daşlı qayalı yamaclarda, meşənin açıq quru yerlərində çəmənliklərdə yayılmışdır.
Azərbaycanda dar bir arealda yayılmışdır.
Təbiətdə 0,6-0,8 m hündürlüyü olan koldur. Birillik budaqlar tünd-qırmızı rəngdə, çılpaqdır. Qopartikan 1 mm-ə qədər uzunluqda və bir qədər arxaya doğru əyilməklə, qaidəsi nisbətən enliləşmişdir. Yarpaqları 2,2-4,5 sm uzunluqda, 1,2-2,8 sm enində, enli lanset şəkilli və ya enli ellipsvarı, aşağısı pazvarı, uca doğru daralmış, bir qədər küt, kənarı ikiqat mişardişlidir.
Yarpaqaltığı 3–4 mm uzunluqda, ensiz, xətvarı uzunsov, yumşaq tüklüdür. Çiçəkləri 3–4 mm uzunluqda, ensiz, xətvarı uzunsov, yumşaq tüklərlə örtülüdür. Meyvəsi 18 mm uzunluqda, 10 mm enində uzunsov ellips şəkilli, üzəri vəziciklərə örtülüdür. Iyun və iyul aylarında çiçək açır.
Təbiətdə generativ və vegetativ yolla çoxalır.
Başlıca olaraq insan fəaliyyətidir.
Məlumat yoxdur.
Xüsusi qəbul edilmiş qoruma tədbiri yoxdur.
Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilməsi zəruridir.