Kommunizm qurbanlarına həsr olunmuş abidə (çex. Pomník obětem komunismu) — abidə 1948-1989-cu illər ərzində ölkəni idarə edən kommunist rejimin qurbanlarına həsr olunub. Yeddi heykəlcikdən ibarət olan abidə Praqanın tarixi Malo strana bölgəsində, Ujezd küçəsində yerləşir[3].
Kommunizm qurbanlarına həsr olunmuş abidə | |
---|---|
çex. Pomník obětem komunismu | |
50°04′52″ şm. e. 14°24′15″ ş. u.HGYO | |
Ölkə | Çexiya |
Şəhər | Praqa |
Heykəltaraş | Olbram Zubek |
Memar |
Yan Kerel Zdenek Xolzel |
Tikilmə tarixi | 22 may 2002 |
Material | tunc, beton[1], tunc[2] |
Vikianbarda əlaqəli mediafayllar |
Abidə ölkədə kommunist rejimin devrilməsindən 12 il sonra 22 may 2002-ci ildə qoyulub. Abidə çex heykəltaraşı Olbram Zubek və memarlar Yan Kerellə Zdenek Xolzelin ortaq işidir. Abidənin qoyulması yerli hakimiyyət və Siyasi Məhbuslar Konfederasiyası tərəfindən dəstəklənmişdir[4].
Memorial abidə pilləkandan aşağı düşən 7 bürünc heykəldən ibarətdir. Gözlə baxıldığı zaman ən axıra doğru heykəllərin daha da çox dağıntılı olması, hissələrinin olmaması, bədənlərindəki qopuqlar gözə çarpır. Heykəllərin bədənində olan bu qopuqlar siyasi məhbusların kommunist rejimindən nə dərəcədə ziyan gördüyünü simvolizə edir.
Memorial abidənin mərkəzində yerləşən bürünc lövhəcikdə kommunizm qurbanı olanların sayını göstərən yazılar həkk olunub:
205486 nəfər həbs olunub.
170938 nəfər deportasiya olunub. 4500 nəfər türmədə ölüb. 327 nəfər həbsdən qaçmağa cəhd edərkən öldürülüb. 248 nəfər edam olunub. |
Digər yandakı bürünc lövhəcikdə isə yazılıb:
Kommunizm qurbanlarına həsr olunmuş abidə təkcə həbs olunub edam olunanlara yox, eləcə də həyatı totalitar rejim tərəfindən dağıdılan insanlara həsr olunub. |