Kompüter Qurğuları

Kompüter qurğuları — İlk dəfə Blez Paskal (Fransa) 1642-ci ildə cəmləyici maşın hazırlamışdır. 1673-cü ildə Qotfrid Vilhelm Leybnits (Almaniya) hesab əməllərini yerinə yetirən mexaniki arifmometr yaratmışdır. 1830 - cu ildə Çarlz Bebic (İngiltərə) proqramla işləyən hesablama maşını (analitik maşın) yaratmağa cəhd göstərmişdır. Bebicin ideyaları sonralar universal kompüterlərin yaradılmasının əsasını qoymuşdur. 1930-cu ildə A.Turinq (İngiltərə) və E. Post (ABŞ) tərəfindən universal kompüterlərin yaradılmasının nəzəri əsasları inkişaf etdirilmişdir. Müasir kompüterlərin əsas iş prinsipləri XX əsrin 40-cı illərində Amerika alimləri Con Fon Neyman, Q.Qoldsteyn və A.Beris tərəfindən verilmişdir. Həmin prinsiplər 1946-cı ildə ABŞ-da elektron lampalı elementlərdə ENİAC adlı universal kompüterin yaradılması ilə həyata keçirilmişdir. Bu tarix müasir kompüter texnikasının yaranma tarixi hesab olunmuşdur.

İnkişaf tarixi

[redaktə | mənbəni redaktə et]

EHM-lər inkişaf tarixinə uyğun olaraq aşağıdakı mərhələlərdən keçmişdir:

  • I nəsil (1950-1959) - elektron lampalı kompüterlər. Onlardan əsasən riyazi məsələlərin həlli üçün istifadə olunurdu.Bu nəsil maşınların sürəti və yaddaş tutumu çox az, proqram təminatı zəif, enerji sərfi çox böyük idi.
  • II nəsil (1960-1969) - element bazasını əsasən yarımkeçirici diodlar və tranzistorlar təşkil edirdi. Bu isə onların funksional imkanlarını xeyli artırmışdır.
  • III nəsil (1970-1985) - element bazalı mikroelektronika və inteqral sxemlərdən ibarət olan kompüterlər. Bu nəslin əsasını İBM 360/370 təşkil edirdi. Əsas səciyyəvi xüsusiyyətlərindən biri hesablama prosesinin təşkilində aparat və proqram vasitələrindən birgə istifadə edilməsidir. Bu kompüterlərdə əməliyyat sistemlərindən də istifadə olunmağa başladı.
  • IV nəsil (1985-dən sonraki dövr) - böyük və çox böyük inteqral sxem (BİJ, SBİS) texnologiyası ilə yaradılan mikro və mini kompüterlər. Bu nəslin ayrıca sinfi fərdi kompüterlərdir. Onların yaradılması prinsipcə inqilabi mahiyyət kəsb edirdi. Bunlara nümunə: İBM PC 286, 386, 486, 586 və s.
  • V və sonraki nəsil - yeni və ən yeni elektron texnologiyalar, süni intelektin inkişafına əsaslanan indiki və gələcəyin kompüterləri. Bu nəsil kompüterlər çox yüksək məhsuldarlığa və etibarlılığa malikdir.

Kompüter ona daxil daxil edilən informasiyaları qəbul edib “başa” düşməli , onları yadda saxlamalı, üzərlərində müxtəlif əməliyyatlar aparmalı və işinin nəticələrini çıxışa verməlidir. İnformasiyanın emalının əsas mərhələləri – daxiletmə, saxlama, çevirmə və çıxışı yerinə yetirməkdir. Hər bir kompüter sistemi 2 hissədən ibarətdir: Aparat təminatı (Hardware ) və proqram təminatı (Software) . Bunları bir birlərindən ayrı təsəvvür etmək mümkün deyil. Kompüter aşağıdakı əsas qurğulardan təşkil olunmuşdur: Sistem bloku , monitor, klaviatura, mouse. Əlavə qurğular (periferiya qurğuları): Printer, skaner, modem, səs gücləndiriciləri və s.

Əsas qurğular - Sistem bloku, monitor, klaviatura, mouse.

Sistem bloku fərdi kompüterlərdə istifadə edilən texniki elementlərin əsas birləşmə qovşağı olub, daxilində kompüterin işləməsi üçün lazım olan ən əhəmiyyətli vasitələri birləşdirir. Bunlardan əlavə verilənlərin bloka daxil və ya xaric edilməsi üçün periferiya qurğularından istifadə edilir. Sistem bloku üzərində qida mənbəyi olan korpusdan, üzərində əməli yaddaş ,prosessor və s. olan ana platadan, sərt maqnit disk qurğusundan (HDD), DVD-RW və s. əlavə qovşaqlardan ibarətdir. Sistem bloku üzərində yerləşən qurğuları ana plataya qoşmaq üçün interfeyslərdən istifadə edirlər. İnterfeys əlaqə kanallarının proqram, elektrik və mexaniki xarakteristikalarını özündə birləşdirir. Bu tip interfeyslərə misal olaraq ATA (İDE), Serial SATA, SCSI göstərmək olar. Xarici qurğuları qoşmaq üçün isə paralel (LPT), ardıcıl (RS-232, USB) interfeyslərdən istifadə olunur. Bəzi firmaların (Apple, Compaq) fərdi kompüterlərində sistem bloku monitorla birlikdə bir korpusda yerləşmişdir. Ölçülərinə görə sistem blokları müxtəlif ölçüdə ola bilər. Ana plata hər kompüterin ən böyük elementi olduğuna görə əsasən ana platanın ölçüləri nəzərə alınır. Ventilyasiya yuvaları adətən arxa və yan tərəflərdə yerləşdirilir. Bu yerlərə soyuducu Fanlar montaj olunur.

Kompüterin xarici qurğusudur. Verilənləri vizual şəkildə göstərmək üçündür. "Monitor" sözü "nəzarət etmək", "yoxlamaq", "displey" - "aşkar etmək", "göstərmək" mənasını daşıyır. Fərdi kompüterlərdə istifadə olunan monitorlar ekranın ölçülərinə görə əsasən aşağıdakı ölçüdə olurlar: 15, 17,19 və 21 düyüm. Monitorlar şəklin formalaşdırılması prinsiplərinə görə aşağıdakı növlərə bölünür:

  1. CRT (Cathode Ray Tube) - elektron-şüa borusu
  2. Plazma ekranlı monitorlar 3. LCD (Liquid Crystal Display) - mayekristal Plazma və maye kristal monitorlar nazik səth formasındadır, çəkiləri çox kiçikdir.

Monitorlar təsvirdəki nöqtələrin sayına görə də fərqlənirlər.

Verilənlərin kompüterə daxil və xaric edilməsi üçün klaviaturadan istifadə olunur. Fərdi kompüterlərdə klaviatura klavişləri bir neçə qrupa bölürlər:

  • Hərf-rəqəm klavişləri
  • Funksional klavişlər : F1-F12 – müəyyən funksiyaları yerinə yetirir və proqramın cari anında işləyir ESC – yerinə yetirilmiş əməliyyatdan imtina və ya müəyyən vəziyyətdən çıxış klavişidır Printscreen – Ekrandaki təsvirin alinıb yaddaşda saxlanmasını və ya çap olunmasını təmin edir Pause\Break – kompüterin işini dayandırır. Əmrlərin daxil edilməsi rejimində və kompüterin yenidən yüklənməsində istifadə olunur
  • Simvol klavişləri sahəsindəki klavişlərdən informasiyanın kompüterə daxil edilməsi zamanı istifadə olunur. TAB- simvolları tabulyasiya edir, yəni kursoru təyin edilmiş sətir mövqeyi qədər sürüşdürür Caps Lock – böyük hərflərin yazılması rejimini aktivləşdirir Shift – qısamüddətli böyük hərflərdən və simvollardan istifadə etməyə imkan verir. Ctrl,Alt klavişləri bir çox imkanlar yaradır. Məsələn Ctrl + Alt + Delete, Alt + Enter, Alt + Sol işarə, Shift + Alt Backspace – kursordan solda yerləşən simvolu silir. Enter- əmrin yerinə yetirilməsini həyata keçirir
  • Kursor ekranda istifadəçiyə daxil etdiyi simvolun yerini göstərir. İstifadəçinin istəyindən asılı olaraq kursorun işarəsini müxtəlif formada seçmək olar. Kursor vasitəsilə idarə olunan klavişlərə aşağıdakılar aiddir: İNS və ya İnsert – daxiletmə rejimini açır və bağlayır DEL və ya Delete – kursordan sağda dayanan simvolu silir Home – kursoru sətrin başlanğıcına gətirir Page UP- kursoru bir ekran qədər yuxarı hərəkət etdirir Page Down – kursoru bir ekran qədər aşağı hərəkət etdirir End – Kursoru sətrin sonuna gətirir Bununla yanaşı klaviatura üzərində kursoru aşağı , sağa , sola və yuxarı hərəkət etdirən düymələr dəsti yerləşir

Hərəkət zamanı mousun daxilində olan rezistorların müqaviməti hərəkətə uyğun olaraq dəyişir və dəyişmə xüsusi naqil vasitəsilə kompüterə ötürülür. Hərəkətin ötürülməsi kompüterə yüklənmiş xüsusi proqramla idarə olunur. Proqram mousun hərəkətinə uyğun olan yerdəyişməni ekrana ötürür. Mouse PS\2 və ya USB ilə kompütərə qoşulur. Mouse müxtəlif quruluşda olur: mexaniki, optik, lazer

border=none Əsas məqalə: Printer

Çap qurğusudur. Kompüterdə alınmış nəticəni, mətn materiallarını, təsvirləri kağıza köçürtmək üçündür.

Printerlərin 3 növü vardır:

  1. Matrisli ( lent ilə )
  2. Şırnaqlı (maye mürəkkəb ilə),
  3. Lazerli ( metal tozu ilə)

Kağız üzərində şəklin qeyd edilməsi üsuluna görə printerlər iki qrupa bölünür: zərb ilə və zərbsiz çap qurğuları. Zərb çap qurğularına misal olaraq matris çap qurğularını misal göstərmək olar. Çap başlığı ilə kağız arasında rəngli lent olur. Çap başlığında simvol formalaşandan sonra iynələr hərəkətə gəlir, rəngli lentə zərbə vuraraq kağız üzərində simvolu formalaşdırır. Zərbsiz çap qurğulara misal olaraq lazer və şırnaqlı çap qurğularını göstərməli olar. Şırnaqlı printerlərdə çap başlığı mürəkkəblə doldurulur. Başlıqda çox kiçik ölçülü deşiklər olur və bu deşiklərdən mürəkkəbi kağız üzərinə püskürdülür. Lazer çap qurğularında şəkillər kağız üzərinə aralıq məlumat daşıyıcısı vasitəsilə yazılır. Şəkil lazer şüanın köməyi ilə əvvəlcə aralıq məlumat daşıyıcısına yazılır (neqativ alınır) və daha sonra bu məlumat daşıyıcısının üst qatı quru toz ilə örtülür. Ağ kağız bu barabanın üstü ilə dartılaraq və yüksək istilik hesabına barabandakı şəkil (neqativ) kağız üzərinə hopur. Lazer qurğularının çap keyfiyyəti və sürəti çox yüksəkdir.

Skaner kompüterin xarici qurğusu olub mətn və qrafik informasiyanı səth üzərindən oxuyan və kompüterin yaddaşında yerləşdirən qurğudur. Fərdi kompüterlərə USB portu vasitəsi ilə qoşulur. Skaner mətn və ya təsvir üzərində hərəkət etdikdə kağız üzərində hərəkət edən lazer şüası mətni və ya təsviri skanerləyir və təsvirə uyğun informasiyanı işığa həssas yanmkeçiricilərdə əks etdirir. Nəticədə alınmış işıq siqnalı elektrik siqnalına çevrilir və naqil vasitəsi ilə kompüterə ötürülür. Kompüterə ötürülən siqnal özündə təsvirə uyğun olan nöqtələrin sayını və təsvirin rəngini təzahür etdirir. Kompüter tərəfindən alınan siqnal kompüterin daxilində rəqəm siqnalına çevrilir.

Kompüterin əsas daxili qurğusudur. Buna əsas plata (Mainboard) və ya sistem platası da deyilir .Bütun qurğuların bir biri ilə əlaqəli işləməsini təmin edir. Üzərində keçiricilər olan teksolit əsaslı böyük lövhədir . Bütün qurğular ana plataya taxılır. Ana plata uzərinə qurğular yerləşdirmək üçün müxtəlif yuvalar mövcuddur. Ana plata istehsal edən firmalardan İntel , Asus, Gigabyte, Asrock, Foxconn, Biostar, Mercury və s. misal göstərə bilərik. Ana platanın üzərində prosessor, əməli yaddaş, giriş - çıxış kontrolleri ,CMOS, BİOS, Chipset mikrosxemləri və s. yerləşir. Anaplatanı Qida Bloku (Power Supply) enerji ilə qidalandırıır. Qida Blokundan 2 konnektor ana plataya qoşulur. Bu konnektorlardan biri ana plata üzərində olan qurğuları , digəri isə power düyməsini qidalandırır. Ana plata üzərində AGP, PCI, PCI E, IDE, SATA, FDD, RAİD slotları mövcuddur. Hər bir platada kompüterin performansının çox asılı olduğu çipset adlı bir işləmci vardir. Ana plata daxildən sistem blokunun korpusuna bərkidilir, bunun üçün də plata tipinə görə korpusa uyğun gəlməlidir.

Prosessor (CPU - Central Processor Unit)

[redaktə | mənbəni redaktə et]

Prosessor – hesab və məntiqi əməliyyatları yerinə yetirən və kompüterin ümumi işini idarə edən əsas qurğusudur. Kompüterin işinin məhsuldarlığı (əməliyyatların yerinə yetirilmə tezliyi) əsasən prosessorun tezliyi ilə müəyyən edilir. İnformasiya prosessorun registr yaddaşında emal olunur. Fərdi kompüterlərin düşünən beyni olan bu mikroprosessor ana plata üzərində yerləşir. 1971-ci ildə minlərlə transistorları 1 silikon çip üzərində yerləşdirən İntel ilk CPU düzəltdi. Prosessor kiçik, yastı yarımkeçirici təbəqələrdən yığılır. Onun daxilində metaldan olan çoxlu sayda kontaktlar vardır. CPU bir açma və 1 bağlama açarı kimi işləyən transistorlardan ibarətdir. Elektrik siqnalları bu açarın üzərindən keçir. Bu elektrik siqnalları kompüterin yaratdığı bütün işləri toplama,çıxma,vurma,bölmə kimi əməliyyatlara çevirir. CPU-lar çox ağıllı deyildirlər, ancaq çox sürətlidirlər . CPU bu işləri 2 – lik say sistemi, yəni 0 və 1 – lərin köməyi ilə həyata keçirir. Mikroprosessorları əsasən Intel, AMD VIA firmaları istehsal edir. İntel – in prosessorları kimi Pentium 1,2,3,4, Celeron,Core Duo,Core 2 Quad, Core i3, Core i5, Core i7, Itanium, Atom misal göstərmək olar. Intel Xeon əsasən serverlərdə istifadə olunur . İntelin əsas rəqibi AMD sayılır. AMD prosessorunun Celeron - dan fərqi L2 keşinin olmamasıdır. AMD prosessorları Athlon, Sempron,Phenom mikroprosessorları ilə tanınır. Core – nin növləri : İntel Core Duo virtual 2 nüvəlidir. Fiziki olaraq tək nüvəlidir. Lazım olduqda özünü 2 nüvəli kimi aparır. İntel Core 2 Duo – Bu fiziki olaraq 2 nüvəli prosessordur. Core i3 – 2 nüvəlidir. Core i5 və Core i7 4 nüvəlidir.