Kompüterin gücü

Kompüterin gücü

Kompüterin gücü (ing. computer power) – kompüterin müəyyən işi görə bilmək bacarığı (imkanı). Əgər kompüterin gücünü, onun müəyyən zaman aralığında yerinə yetirdiyi komandaların sayı kimi təyin etsək, onda gücü bir saniyədə milyon komandalarla (million instructions per second, MIPS) və ya bir saniyədə sürüşkən nöqtəli milyon əməliyyatlarla (MFLOPS) ölçmək lazımdır. Maşının imkanlarını qiymətləndirərkən, qarşıya qoyulan məqsəddən asılı olaraq, onun gücünü başqa üsullarla da ifadə etmək olar. İstifadəçilər və ya alıcılar gücü çox zaman operativ yaddaşın həcmi, prosessorun işləmə sürəti və ya kompüterin bir dəfəyə emal etdiyi bitlərin sayı (8, 16, 32 və s.) kimi terminlərlə xarakterizə edirlər. Beləliklə, bu cür qiymətləndirmələrə çox zaman başqa amillər də cəlb olunur; onlardan ən önəmli ikisi bunlardır: kompüterin komponentləri nə dərəcədə birgə işləyə bilər və onlardan tələb olunan funksiyalara nə dərəcədə uyğundurlar. Kompüter çoxlu elementlərdən ibarət olduğundan, onun gücü hər bir komponentdən, o cümlədən istifadəçidən də asılı olur.

border=none Əsas məqalə: Qida bloku

Güc mənbəyi (ing. power supply) kompüterin korpusunun içərisində sistem lövhəsi ilə yanaşı yerləşən xüsusi funksiyaya malik qurğudur. Güc mənbəyinin bir sıra vəzifələri var:

  • Ötürülən gərginliyi qəbul edərək, dəyişən cərəyanı sabit cərəyana çevirir;
  • Gərginliyi sistem lövhəsinə və onun elementlərinə paylayır;
  • Xarici yaddaş qurğularına gərginlik ilə təmin edir;
  • Ventilyatoru vasitəsilə sistem blokunun içərisinidəki temperatoru nizamlayır;

Güc mənbəyi kompüterin müxtəlif komponentləri içərisində elektriklə təchiz etmənin əsas komponenti sayılır.Onun funksiyalarına elektrik enerjisinin dəyişdirilməsi ilə yanaşı mütləq müəyyən edilmiş ötürücü kompüterin hər hansı komponentinə ötürülməsidir.Ona görə də güc mənbəyi ilə bağlı olan hər hansı problemlər sonda bütün sistemin nasazlığına gətirib çıxara bilər.

Kompyuterin güc mənbəyini dəyişən zaman sistemin komponentlərinin yekun gücü təyin edilməlidir ki, ona uyğun güc mənbəyi modelini seçmək olsun. Güc mənbəyinin problemlərini göstərən bir neçə əlamət mövcuddur.Güc mənbəyinin nasazlığını aradan qaldırmaq üçün bəzi sadə məsələlərin həllinə nəzər salaq.

1-ci problem-kompüterə əl ilə toxunanda istidir və ya yanıq qoxusu hiss olunur. Bu problemin səbəbi onun soyutma işini görən pərinin işləməməsi və ya olmaması, lazım olduğu qədər soyutma işini görməməmisidir.Əsasən pərin lazım olan məhsuldarlığı göstərməməsinin ən böyük səbəbi fırlanma sahəsi ətrafında yığılan toz və natəmizlikdir.Bu pərin istifadəçilər tərəfindən asanlıqla təmizlənməyi və güc mənbəyinin içərisinin açılması lazım olan hallarda bir texniki xidmət mərkəzində təmizləmə işinin aparılması və ya bunun yaranmasının qarşısını almaq üçün kompüteri uyğun şəraitdə işlətmək məqsədəuyğundur.

2-ci problem-sistemi işə salanda uğultu səsi.Bu problem adətən güc mənbəyinin ventilyasiyası ilə bağlıdır (baxmayaraq ki, kənar səslər videokartdan və ya prosessorun kulerindən də çıxa bilər). Bu cür səslər adətən pər ətrafında yığılan tozla əlaqədar ola bilər. Bu sərbəst dövretməyə maneçilik törədir. Birinci halda olduğu kimi bu məsələni də həll etmək üçün pəri təmizləmək lazımdır.

3-cü problem-kompüterin sönməsi və ya Restart, və ya kompüter ümumiyyətlə işə düşmür.Əgər bu problemlər proqram təminatı ilə bağlı deyilsə, onda belə hal ona görə baş verir ki, sistemin güc mənbəyi hal- hazırda yüklənib- başqa sözlə desək, kompüterin komponentləri böyük enerji sərf edir ki, bunu güc mənbəyi təmin edə bilmir.

Çox zaman yeni qurğu kompüterə qoşulduqdan bir müddət sonra güc mənbəyi ilə əlaqəli problemlər ortaya çıxa bilər.Belə bir vəziyyətdə əsas diqqət, sonradan əlavə edilən qurğuların üzərinə cəmlənməlidir. Bu zaman ilk növbədə sonradan əlavə edilən qurğu ilə birlikdə kompüterin ümumi gücünün kompüterin çıxış gücü həcmindən yüksək olub olmadığına diqqət etmək lazımdır.Düşünülmədən əlavə edilən qurğular güc mənbəyi ilə birlikdə güc mənbəyinin məhsuldarlığına da təsir etdiyi üçün, sistemsiz çıxış gərginliyindən təsirlənən anakarta da zərər verə bilər.

4-cü problem-kompüterin bütün elementləri eyni zamanda buraxılmır. Güc mənbəyinin əsas funksiyalarından biri sistemin komponentlərindən asılı olaraq müxtəlif gücün təmin edilməsi ilə bağlıdır.Kompyuteri yandıran zaman bəzi komponentər başqa komponentlərin işə düşməsindən işə düşür.Bu da güc mənbəyinin yüklənməsini göstərir. Kompyuterin qızması və yüklənməsi hallarında olduğu kimi köhnə güc mənbəyini daha güclüsü ilə əvəz etmək lazımdır.

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]