Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Tərkibində bitki üçün lazım olan iki və daha çox element (azot, fosfor, kalium, mikroelementlər) olan gübrələr kompleks gübrələrdir. Alınma üsullarına görə kompleks gübrələr mürəkkəb, kombinə olunmuş (mürəkkəb qarışdırılmış) və qarışıq gübrələrə bölünür.
O gübrələr mürəkkəb gübrələrdir ki, tərkibində iki və daha çox qida elementi olan kation və anion var. Məsələn, ammofos (NH4H2PO4, diammofos (NH4)2HPO4 və s.
Kombinə olunmuş və ya mürəkkəb qarışdırılmış gübrələr. Elə gübrələrdir ki, tərkibində iki və daha artıq qida elementi olur, vahid texnoloji prosesdə fosfat və nitrat turşularının, əridilmiş ammonium nitratın, fosforitlərin və ya apatitin, kalium duzlarının kimyəvi qarşılıqlı təsiri ilə alınır. Bu gübrədə bir və ya iki əvəzli kalsium fosfatlar [CaHPO4·2H2O, Ca(H2PO4)2·H2O], ammofos – NH4H2PO4, ammonium şorası – NH4NO3 və kalium şorası – KNO3 olur. Belə gübrə fosfor nitrofoskası adlanır, bu gübrədə həll olan fosfat turşusunun miqdarı maksimumdur. “A” markalı nitrofoskada 16-17% azot, 16-17% P2O5, 13-14% K2O, “B” markasında -13:16:13, “V” markasında 12:12:12% (uyğun olaraq). Bu gübrələr dənəvər olub dənələrin diametri 1-4mm olur. Dənələrin üzəri talk və ya üydülmüş əhəng daşı ilə tozlanır ki, saxlandıqda dənələr yapışaraq iriləşməsin.
Qarışıq gübrələr iki və daha çox bərk, sadə gübrələrin qarışığından alınır.[1]