Bu məqaləni vikiləşdirmək lazımdır. |
| ||||||
Ümumi | ||||||
---|---|---|---|---|---|---|
Ad, İşarə, Nömrə | Fosfor, P, 15 | |||||
Qrup, Dövr, Blok | 5, 3, p | |||||
Xarici görünüşü | ||||||
Atom kütləsi | 30.973762 q/mol | |||||
Elektron formulu | [Ne] 3s2 3p3 | |||||
Fiziki xassələr | ||||||
Halı | Bərk | |||||
Sıxlığı | (0 °C, 101.325 kPa) Ağ: 1,823 q/L Qırmızı: ≈2,2–2,34 q/L Qara: 2,69 q/L Bənövşəyi: 2,36 q/L | |||||
Ərimə temperaturu | Ağ: 44,5 °C
Qırmızı: ~590 °C | |||||
Qaynama temperaturu | Ağ: 280,5 °C (Ağ: 553,7 K, Ağ: 539,9 °F) | |||||
Elektromənfiliyi | ||||||
Oksidləşmə dərəcəsi | -3, 0, +3, +5 | |||||
Spektr = | ||||||
İonlaşma enerjisi | kCmol-1 |
Fosfor (P) – (yunanca "İşıqdaşıyan") D. İ. Mendeleyevin elementlərin dövri sistemində 15-ci element. Fosforun təbiətdə 3 allotropik modifikasiyası bilinməkdədir. Ağ, qara və qırmızı fosfor. Ağ fosfor zəhərlidir. Onu qızdırdıqda qırmızı fosfora çevrilir. Qırmızı fosfor kükürd və şüşə qırıntıları ilə birlikdə kibrit istehsalında istifadə olunur.
Azərbaycan dilindəki Fosfor sözü avropa dillərindən Phosphorus sözündən gəlib, daha öncə latınca phōsphorus olmaqla kökü yunanca φωσφόρος (phōsphóros) "işıq daşıyıcı" mənası verir.
XX-ci əsrə kimi köhnə Azərbaycan dilində bu kimyavi maddə üçün atəşçıxarıcı (az.-əski. آتش چیقاریجی) sözü işlənirdi.[1][2][3]
Ağ fosfor 1669-cu ildə Hamburqlu ehtiyat əsgər Xenninq Brand tərəfindən kəşf olunmuşdur. Belə ki, insan bədənindən qızıl əldə etmək arzusuna düşən Xenninq bu məqsədlə sidikdən istifadə etməyə başlayır. Bir neçə gün saxladıqdan sonra sidiyi kolbada yüksək temperaturda qaynadır, pasta halına düşən maddəni yenidən qaynadır və nəticədə bəyaz rəngli maddəciklər görür. Asanlıqla yanan və demək olar ki, soyuq yanan bu maddə onu heyrətləndirir. Beləliklə, "4 ünsür" (hava, od, su, torpaq) nəzəriyyəsinə güclü zərbə olan ilk element kəşf olunmuş olur.
Təbiətdə fosfor yalnız birləşmələr şəklində olur. Fosforun əsas mineralları fosforit Ca3(PO4)2, apatit 3Ca3(PO4)2. CaF2 və ya (və ya Ca5(PO4)3F) və hidroksiapatitdir 3Ca3(PO4)2. Ca(OH)2 (və ya Ca5(PO4)3OH).
Fosfor (P) – kalsium kimi sümüyün tərkibində rast gəlir. O, həmçinin sinir toxumalarında da olur. Karbohidrat, zülal və yağların həzmində iştirak edir. Fosforun əsas mənbəyi heyvan mənşəli ərzaq məhsulları hesab edilir. Lakin taxıl və paxlalı bitkilərin tərkibində də fosfor vardır. Heyvanat mənşəli məhsullardakı fosfor orqanizmdə 95%, bitki mənşəli məhsullardakı isə 55–60% mənimsənilir. Fosforun mənimsənilməsi kalsiumun mənimsənilməsindən, qidanın tərkibindəki zülalın miqdarından və digər amillərdən asılıdır. Fosforun miqdarı mq%-lə belədir: 59 Hollandiya pendiri – 544; lobya – 541; ərgin pendiri – 470; vələmir yarması – 360; malın qaraciyəri – 342 və s. Fosfor hüceyrələrin ən əhəmiyyətli maddələrinin tərkibinə daxildir: DNT və RNT, fosfolipidlər, qliserin, yağ turşuları və fosfat turşusunun mürəkkəb efirləri, fotosintezdə iştirak edən saxarofosfatlar (şəkərlərin fosfat efirləri); ATF – hüceyrənin universal energetik maddəsi.
Bitkilərin gövdəsinin kütləsinin 0,1–0,7 %-ni fosfor təşkil edir. Fosforun miqdarı 800 mq/kq olan torpaqdan bitki onu kök qidalanması prosesində duzlar şəklində qəbul edir. Dünyada istehsal olunan bitki mənşəli məhsullar hər il torpaqdan 3 milyon ton fosfor götürür.
Fosfor meyvələrin yetişməsini sürətləndirir və bitkilərin soyuğa davamlılığını artırır. Fosfor çatışmadıqda hüceyrələrdə maddələr mübadiləsi ləngiyir, zəif köklər, purpur rəngli yarpaqlar əmələ gəlir, meyvələrin yetişməsi ləngiyir, məhsuldarlıq azalır. Həmçinin fosfor çatışmadıqda antosianin piqmentinin toplanması baş verir. Xlorofilin yaşıl rəngi fonunda qırmızı və lil rəngi yarpaqlara maviyəbənzər çalarlar verir, piqment həddən çox olduqda isə o, lil rəngində olur. Bundan başqa az xlorofilə malik bitkilərin bütün hissələri – gövdəsi, saplaqları, damarcıqları, yarpaqların aşağı səthi qırmızımtıl və lil rənglərinə boyanırlar.
Heyvan orqanizmində fosforun miqdarı kütlə faizi ilə orta hesabla 0,95 %-dir. İnsan orqanizmində 4,5 kq –a yaxın fosfor olur, çox vaxt kalsium ilə birləşmə şəklində. Bu miqdar fosfordan 4,4 kq-a qədəri sümüyün payına, 130 qramı əzələlərin və 12 qram sinirlər və beyinin payına düşür, fosfor qanda və süddə də olur.
Fosfor lipidlərin, DNT-nin, RNT-nin, ATF-in tərkibinə daxildir. Demək olar ki, insanın bütün əhəmiyyətli fizioloji proseslər fosforlu birləşmələrin çevrilmələri ilə əlaqədardır: hüceyrə membranlarının qurulması, sümüklərin əmələ gəlməsi, qlükozanın, qliserolun və yağ turşularının udulması və ötürməsi, energetik metabolizm, turşu-qələvi tarazlığı.
İnsan orqanizmi üçün fosfor demək olar ki, kalsiuma nəzərən iki dəfə çox lazımdır, baxmayaraq ki, kalsium və fosfor "ayrılmaz" mineral maddələrdirlər, onlar bir-birindən ayrı dura bilmirlər. Fosfor da kalsium kimi sümük toxumasının tərkib hissəsidir. Diş minası fosforun birləşməsi olub tərkibi və kristallik quruluşuna görə fosforun əhəmiyyətli mineralı olan hidroksidapatitə Ca5OH(PO4)3 uyğun gəlir. Əgər fosfor və kalsiumun balansı pozulursa orqanizm özünün "yaşaması" üçün "sümük ehtiyatından" götürməyə məcbur olur: dişlərdən, dırnaqlardan, iri oynaqlardan.
Aktiv işləyən orqanlarda – qaraciyərdə, əzələlərdə, beyində ATF daha intensiv sərf olunur. Fosforlu ferment olan fosforilaza ehtiyat karbohidratların istifadəsi ilə əlaqədar olan reaksiyaları katalizləşdirir, hüceyrələri enerji ilə təmin edir. Beyin toxumalarında karbohidratların oksidləşməsi prosesində difosfopiridinnukleotid və qeyri-üzvi fosfat əhəmiyyətli rol oynayır. Odur ki, akademik A. E. Fersman fosforu "həyat və düşüncə elementi" adlandırmışdır. Fosfora gündəlik tələbat 1,3 qramdır. Orqanizmdən fosfor sidik və nəcis ilə xaric olunur.
Fosforun orqanizmə daxil olmasının əsas mənbələri aşağıdakılardır:
Tərəvəz: yaşıl noxud, ispanaq, xiyar, turp, zeytun, gül kələm, kərəviz.
Meyvələr: alma, armud.
Dənli bitkilər: paxla, yulaf, buğda, mərci, arpa.
Qozlar: fındıq, araxis, yunan qozu.
Heyvan mənşəli məhsullar: pendir, ət, yumurta, qızıl balıq, krevet (xırda dəniz xərçəngi), qaraciyər, treska (şimal dənizlərində yaşayan balıq). Göbələklər.
Fosforun daha geniş məlum olan və insan tərəfindən istifadə olunan birləşmələri aşağıdakılardır:
P4 – ağ fosfor;
Pn – qırmızı fosfor;
H3PO4 – ortofosfat turşusu.
Fosfor 1669-cu ildə alman əlkimyaçısı X. Brand tərəfindən kəşf edilmişdir.
Sidiyin buxarlandırılmasından qalan quru qalığı qovarkən Brand yaşılımtıl işıqlanma müşahidə etmişdir. Buradan da elementin adı götürülmüşdür: fosfor – qaranlıqda işıq saçan.
İnsan bədənində 1,4·1025 sayda, bir insan hüceyrəsində isə 1,4·1011 sayda fosfor atomu olur.
Sutka ərzində qida məhsulları ilə orqanizmə 1000–3000 mq fosfor daxil olur.
Fosforun müxtəlif birləşmələri ürək, qaraciyər, mədə xəstəliklərinin müalicəsində istifadə olunan dərman pereparatlarının tərkibinə daxildir. Sink fosfat stomotologiyada plomblayıcı maddə kimi istifadə olunur.
Ağ fosfor havada oksidləşərək qaranlıqda yaşıl işıq verir. O, fosfat turşusu və qırmızı fosfor istehsalında, üzvi sintezdə reagent kimi, ərintiləri turşulaşdırıcı, yandırıcı vasitə kimi istifadə olunur.
Ağ fosfor olduqca zəhərlidir. Həyat üçün təhlükəli olan dozası 50 mq-dır. Ağ fosfor ilə xroniki zədələnmələr çəkinin azalmasına və sümüklərdə dəyişmələrə səbəb olur.
Kibrit hazırlayarkən kibritin başına sürtülən kütlə qırmızı fosforun Pn (polimer molekullardan ibarətdir), yanar maddələr, bertolle duzu KClO3 və katalizatorlardan (MnO2, Fe2O3) ibarətdir.
Qırmızı fosfor toz halında olub bir qayda olaraq zəhərli və yanan deyil, o, közərmə lampalarında doldurucu kimi istifadə olunur.
Ağ fosfor molekulyar qəfəsə malikdir və onun qovşaqlarında fosfor atomları yerləşir. [4]