Kompyüter terminalı

Kompüter terminalı (ing. Computer terminal) — verilənləri kompüterə daxil etmək və alınan nəticələri çıxışa vermək üçün elektron, yaxud elektromexaniki qurğu (adətən, monitor klaviatura ilə). İlk terminallar teletayp makinaları idi. İndi də çox iri kompüter sistemlərində fərdi kompüterlərdən terminal kimi istifadə olunur.

Terminal emulyasiyası – kommunikasiya proqramı vasitələri ilə istifadə olunan terminaldan fərqli terminalın mübadilə protokolunun və komandalarının təqlid edilməsi. Fərdi kompüterləri meynfreymlərə qoşmaq üçün də istifadə olunur.

Terminalla iş seansı – terminaldan bilavasitə istifadəyə sərf olunan zaman.

Sonlandırmaq – prosesin, yaxud proqramın sona çatması. Sonlandırma normal da ola bilər, qəzalı da. İkinci hal istifadəçinin komandası, aparat və ya proqram təminatında olan xətalar səbəbindən baş verə bilər.

Rezident proqram – MS-DOS əməliyyat sistemində: icra olunmadıqda (işini sona çatdırdıqda) da yaddaşa yüklənmiş qalan proqram. Bu, başqa proqramların müəyyən məsələləri yerinə yetirərkən ona tez müraciət etmələri üçün önəmlidir.