Konarakda Günəş Məbədi

Konarakda Günəş Məbədi "Qara Paqoda" kimi tanınan Konarkdakı günəş tanrısı Suryanın məbədi (ing. Konark Sun Temple, hind. कोणार्क सूर्य मंदिर, oriya ସୂର୍ଯ୍ୟ ମନ୍ଦିର, କୋଣାର୍କ) Benqal körfəzi sahilindən çox da uzaq olmayan Hindistanın Orissa əyalətinin Konarak şəhərində XIII əsrə aid abidədir. Məbəd eramızın 1250-ci illərində Şərqi Qanqa sülaləsindən olan kral I Narasimhadevaya aid edilir.[1][2] Yeddi əsr ərzində dəniz çəkilmiş və məbəd sahildən təxminən üç kilometr uzaqlıqda qalmışdır. 1984-cü ildə məbəd YUNESKO-nun Ümumdünya irs siyahısına 246 nömrə altında daxil edilmişdir.

məbəd
Konarakda Günəş Məbədi
Yerləşməsi
Ölkə Hindistan
Ştat Orissa
Şəhər Konarak
Konarakda Günəş Məbədi xəritədə
Konarakda Günəş Məbədi
Konarakda Günəş Məbədi
Saytı
konark.nic.in
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bina 75 m hündürlükdə idi və 2000 tondan artıq çəkisi olan dəqiqliklə işlənmiş daş plitə ilə örtülmüşdür. Məbədin ansamblı üç hissədən - vaxtilə məbəd rəqqaslarının ritual rəqsləri ifa etdiyi rəqs pavilyonundan, ibadət zalı - caqamohana və hazırda dağılmış ziyarətgahdan - deuladan ibarətdir. Məbədin qarşısında daş fiqurlar - yeddi at və on iki təkərli bir araba var. Məbəddə əsasən sevgi və erotik mövzularda çoxlu təsvirlər və heykəllər var. Məbədin bir çox strukturları qismən dağıdılmışdır.

Surya məbədinin bir müddət tərk edilməsinə baxmayaraq, ora ziyarətlər davam edib və etməkdədir. Maqh ayının parlaq yarısının yeddinci gününün (yanvarın sonu - fevralın əvvəlinə uyğundur) açılmasını qarşılamaq üçün insanlar buraya axın edirlər. Bu gün, qədim ənənəyə görə, Paramasura bayramı - Ali Surya bayramı qeyd edildi.

Uşuaya. 2005-02-06.
  1. Sen, Sailendra. A Textbook of Medieval Indian History. Primus Books. 2013. 121–122. ISBN 978-9-38060-734-4.
  2. Indian History. Tata McGraw-Hill Education. 1960. səh. 2. ISBN 978-0-07-132923-1. 1 January 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 May 2013.