Kondyor silsiləsi

Kondyor (rus. Кондёр) — Rusiya Federasiyasının şimal-şərqində, Xabarovsk diyarında yerləşən dağ silsiləsi. Bu geoloji abidə daha çox özünün ideal dairəvi forması ilə məşhurdur. Saxalar (Yakutlar) və Evenklər bu dağı Urqula adlandırmışlar. Keçmiş SSRİ zamanında, 70-ci illərdə isə geoloqlar bu dağa Kendyor adı vermişlər. Ehtimal olunur ki, bu ad ərazinin yetərincə qiymətli mettalarla və faydalı qazıntılarla zəngin olmasına görə verilmiş.[1]

Kondyor
rus. Кондёр
Ərazinin havadan görünüşü
Ərazinin havadan görünüşü
Ümumi məlumatlar
Dağ silsiləsi Aldan silsiləsi
Mütləq hündürlüyü 1.387 m
Hündür zirvəsi 1398
Yerləşməsi
57°35′03″ şm. e. 134°39′23″ ş. u.HGYO
Ölkə  Rusiya
Region
Rayon
Kondyor xəritədə
Kondyor
Kondyor
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]
Massivin görünüşü

Bu qəribə ərazi Oxot dənizi sahilinin 200 km-liyində Aldan yaylasındadır. O, kürsününm (peydestalın) üstündən ucalırmış kimi, yaylanın səthindən 500–700 m yüksəkliyə qalxır. Dəniz səviyyəsindən, demək olar ki, eyni yüksəklidə (700-900) olan Aldan yaylası təyyarədən yeksənək düzənlik kimi görünür. Və birdən-birə yeksənəq mənzərə arasından 8 km-ə yaxın diametrə malik tam dairəvi silsilə peyda olur. Bu həlqənin daxilində qeyri-hamar dibli kasaya oxşar çökəklik yerləşir. Bu ərazidən silsiləni kəsən yeganə Uorqalana çayı axır. Çökəkliyin mərkəzinə doğru yönəlmiş çay qolları şəbəkəsi ağcaqayın yarpağının damarcıqlarını xatırladır. Silsilənin eni 100–200 m olan yalı tam meşəsiz və yastıdır. Səthi o dərcədə hamardır ki, hətta burada velosiped sürmək olar. Silsilənin həm xarici, həm də daxili yamacları dikdir. Xarici yamaclarda sel və uçqunların fəaliyyəti nəticəsində kasavari qıflar əmələ gəlmişdir. Ərazinin ümumi sahəsi 12 km²-dir.[2]

Geoloji quruluşu

[redaktə | mənbəni redaktə et]

Geoloji baxımdan Kondyor intruziv massivdir. O, Sibir platformasının kristalik özülünü və çökmə süxurlar örtüyünü kəsib keçən Son Proterozoyun və Mezozoyun maqmatik komplekslərindən ibarətdir. Massivi təşkil edən müxtəlif tərkibli süxurların növbələşməsiylə əlaqədar olaraq onun quruluşunda konsentrik zonalıq aydın əks olunmuşdur. Mərkəzi hissəsini ultraəsasi - dunit süxurları təşkil edir. Onları Proterozoy yaşlı süxurlardan (peridotitlər, qabbro) ibarət qövs və ya həlqələr dövrələyir, daha sonra təbaşir yaşlı süxurlarda dioritlərdən ibarət həlqəvi intruziv yerləşir. Konsentrik zonalıq mənzərəsini ən qədim süxurlar, platformanın Arxeozoy özülünün süxurları tamamlayır. İntruziv massivi, onu əhatə edən platformanın preterozoy örtüyünün çökmə süxurlarını (qumdaşları, alevrolit), 20°-60° bucaq altında yuxarı qaldırılmışdır.

Meydana gəlməsi

[redaktə | mənbəni redaktə et]
Kondyor silsiləsinin helikopterdən görünüşü

Uzun müddət bu silsilənin menydana gəlməsi haqqında fərqli fikirlər mövcud olmuş. Meteoritasteroid düşməsi nəticəsində bu həlqəvi silsilənin meydana gəlməsin göstərən fikirlərlə yanaşı həm də, ərazinin yerin daxili qüvvələrinin təsiri ilə meydana gəlməsi fikirləridə çox idi. Ümumən Kondyorun meydana gəlməsində maqmatik intruziya əsas rol oynamışdı. Məhz yerin dərin qatlarından yuxarı qalxan böyük kütlə sonda öz gücünü itirmiş və yer qabığını dələrək çölə çıxa bilməmişdi.[1] Ultraəsasi intruziv massiv, dunit və həlqəvi intruziv platformanın kristallik özülünü, onu örtən çökmə süxur təbəqələrini və orta, turş tırkibli ən cavan intruziv süxurları tədricən yuxarıya qaldırmışdır. Dərinlik təziqi altında süxurlar yuxarıya doğru yönəlir və boşluqları doldurur. Platforma səthində çoxsaylı kiçik çat və yarıqlı günbəzvari şiş əmələ gəlir. Vaxt keçdikcə həmin şişin təpəsində platformanın üst layı dağılmağa başlayır. Dərinlik süxurları - dunitlər səthdə tamamilə yeni temperatur və təziq şəritinə düşür. Aşınma, eroziya, yamac prosesləri massivin dunit nüvəsini sürətlə dağıdır. Silsilənin özü isə, başlıca olaraq, platforma örtüyünün daha möhkəm metamorfikləşmiş süxurlardan təşkil olunur.

Kondyorun relyefinin inkişafının uzunmüddətli tarixində bir neçə qalxma və sonradan dağılma tsiklləri olmuşdur. Həlqəvi silsilənin müasir siması neogen- dördüncü dövr qalxmalarının ən yeni mərhələsində davam etmiş eroziya və yamac proseslərinin nəticəsidir.

Tədqiqat tarixi

[redaktə | mənbəni redaktə et]
Kondyordan tapılmış platin külçəsi

Təbiətin belə valehedici məhsulu yalnız 1936 - cı ildə geoloq V.P.Kulişov tərəfindən aşkar edilmişdir. 1958-ci ildə geoloqlar A.N.Milto və A.A.Yelyanov Kondyorda ilk dəfə dünyada ən iri platin yatağını aşkar etmişlər. Hazırda Kondyor yatağını nadır səpinti yataqlarına aid edirlər. Burda platinin ehtiyatı 30 t-dan çox hesab edilir.[3] Kondyor səpintisində platinin miqdarı 5-12 q/m³ -dir. Platinin köklü mənbəyi dunitlərdir. Yataq silsiləni kəsən yeganə çayın dərəsindədir. Çoxlu miqdarda platin dənələri çay vasitəsilə 60 km uzağa daşınmışdır. Çox ağır platin hissələrinin belə yerdəyişməsi yalnız milyonlarla il müddətində baş verə bilərdi. Bu yatağın külçələri çox məşhurdu. Onların birinə Kremlin Almaz Fondunda tamaşa etmək olar. Onun çəkisi 3522 q-dır. Bu, böyüklüyünə görə dünyada üçüncü və XX əsrdə tapılmış külçələrin ən irisidir. Səpinti platin yatağında yanaşı kompnent kimi xırda dənələr şəklində qızıl külçəsinə, nadır halda da qızıl və platin qovuşuqlarına rast gəlinir.[4] Aldan yaylasında geoloji quruluşuna görə oxşar, lakin daha az məhsuldar İnaqli və Çad həlqəvi silsiləri var. Orda sənaye əhəmiyyəti olmayan çox kiçik platin yataqları məlumdur.

İstifafə olunmuş ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 ""Горный массив круглой формы диаметром 8 км"". 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-07.
  2. "Кондерский массив". 2020-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
  3. "Платиновый запас". 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
  4. "Platinum Crystals from Russia". 2016-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-22.