Konfederasiya qızılı — ABŞ-də vətəndaş müharibəsindən sonra gizli itirilmiş qızılın anbarları. Müharibədən sonra milyonlarla dollar dəyərində qızıl itmiş və ya yoxa çıxmışdır. Onun potensial yeri bir çox tarixçilərin və xəzinə ovçularının fərziyyələrinin mənbəyi olmuşdur. İddialara görə, Konfederasiya xəzinəsinin bir hissəsi cənub ştatlarının yenidən yüksəlişini gözləmək və başqa vaxtlarda sadəcə olaraq İttifaqın ona sahib çıxmaması üçün gizlədilmişdir.
İttifaq qoşunları Nyu-Orleanı işğal etmək ərəfəsində olan zaman Konfederasiya səlahiyyətliləri sürətlə milyonlarla dollarlıq qızılı "daha təhlükəsiz" bir yerə, Corciya ştatının Kolumbus şəhərinə aparmışdılar.[1] Qızıl müvəqqəti olaraq Vilyam H. Yanq tərəfindən "Iron Bank"da saxlanılırdı. 11 oktyabr 1862-ci ildə general Pyer Qustav Tutan Boregar Kolumbusdakı bankdan qızılların götürülməsini tapşırmışdı. Yanq onu çıxarmaqdan imtina etmişdi, lakin zorla bunu etməyə məcbur olmuşdur. Boregarın bioqrafiyasında qeyd edilmişdir ki, "o qızıla nə olduğu sirr olmuşdur".[2]
What became of that coin is, we believe, even to this day, a mystery. It was, doubtless, spent for the benefit of the Confederacy; but how, and to what purpose--not having been regularly appropriated by Congress--has never been made known...