Nasist qızılı (alm. das NSDAP Gold) — şayiələrə görə, Nasist Almaniyasının iri funksionerlərinin qızıl və valyuta fondları. İddiaya görə, bu fondlar "cəbhələrdəki işlərin həqiqi vəziyyəti bilindiyinə və Reyxin qaçılmaz sonu başa düşüldüyünə, lakin uzunmüddətli perspektivdə dünyada nasional sosializm diktaturasını qurmağı planlaşdırdıqlarına görə" gizləmişdilər. Yulian Semyonovun "Baharın on yeddi anı" romanı (1969) və eyniadlı televiziya filmi (1973) sayəsində şayiələr yayılmağa başlamışdır.[1]