Konqo kanyonu

Konqo kanyonuAfrikada Konqo çayının sonunda tapılan sualtı kanyondur. Bu, dünyanın ən böyük sualtı kanyonlarından biridir.[1]

Satellite image of Congo Canyon in the Atlantic Ocean off the coast of Africa

Kanyon qitənin daxili hissəsində, Konqo mənsəbinin yarısında və 21 metr dərinlikdən başlayır. O, şelfin kənarına çatana qədər şərqdən qərbə bütün kontinental, şelfin 85 kilometrindən keçir. Sonra yamacla aşağıya doğru davam edir və başlanğıc nöqtəsindən 280 kilometr aralıda bitir.[2]

Ən dərin nöqtəsində V formalı kanyon və divarlarının hündürlüyü 1100 metrdir. Kanyonun maksimal eni isə demək olar ki, 15 km2-dir.

Kontinental yamacın ətəyində Konqonun dərin sualtı çöküntü fanatına daxil olur və daha 220 kilometrə qədər uzanır.

Turbidity Current Diagram

Konqo Kanyonunda tapılan cərəyanlar dünyada ölçülən ən güclü cərəyanlardır. Onlar mahiyyətcə yüzlərlə kilometrə yayıla bilən sualtı uçqunlardır və onların gücü, tezliyi Konqo çayındakı daşqın dövrləri ilə sıx şəkildə əlaqələndirilir.[3]

Bu cərəyanlar kanyonda əsas eroziya mənbəyidir və kanyonun sonundakı dərin çöküntü, çöküntülərin əhəmiyyətli bir hissəsini təşkil edir.[1][4]

  1. 1 2 Heezen, B.C.; və b. "Congo Submarine Canyon". Bulletin of the American Association of Petroleum Geologists. 48 (7). July 1964: 1128–1149. 6 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 March 2016.
  2. "Congo Canyon". Encyclopædia Britannica Academic. Encyclopædia Britannica Inc. 25 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 March 2016.
  3. Cooper, Cortis; Wood, Jon; Andrieux, Olivier. "Turbidity Current Measurements in the Congo Canyon". www.onepetro.org. Offshore Technology Conference. 25 July 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 7 April 2016.
  4. Vangriesheim, Annick; Khripounoff, Alexis; Crassous, Philippe. "Turbidity events observed in situ along the Congo submarine channel" (PDF). Deep-Sea Research Part II: Topical Studies in Oceanography. 56 (23). November 2009: 2208–2222. Bibcode:2009DSRII..56.2208V. doi:10.1016/j.dsr2.2009.04.004. 27 August 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 7 April 2016.