Qida əlavələrindən ən geniş istifadə olunanı konservantlar olub, qida məhsullarının mikroorqanizmlər tərəfindən xarab olmasının qarşısını alır. Bu bəhsdə yalnız kimyəvi yolla sintez olunmuş konservantlardan, onların təsnifatından və dünyada qəbul edilmiş kodlaşdırılmasından söz ediləcəkdir. Konservantlar bakteriyaların, zəhərli göbələklərin, mayaların və digər mikroorqanizmlərin inkişafını dayandırır və onların ərzaq məhsullarına təsirmi aradan qaldırırlar. Tətbiq olunan qida konservantları aşağıdakılardır;
Konservantların təsir effekti mühitin pH-dan çox asılıdır. Onların əksəriyyəti turş mühitdə daha effektiv təsirə malik olduğundan, məhsulları konservləşdirərkən yeyinti turşuları sirkə, alma, limon, süd və başqa turşular əlavə edilir. Konservantlarınistifadə olunan miqdarı normadan az olduqda, mikroorqanizmlər onlardan qida mühiti kimi istifadə edərək çoxalırlar və məhsulun tez xarab olmasına səbəb olur. Нər bir konservant müəyyən bakteriyalar və mikroblar üçün effektiv təsirə malikdir. Hələlik bütün qida maddələri üçün universal konservant müəyyən edilməmişdir.
Ən çox istifadə olunan konservantlardan bir neçəsinin fıziki-kimyəvi xassələri və təsir dairəsi haqqında bəzi məlumatlar:
SO2+H2O = H2SO3
Əmələ gələn sulfit turşusu antimikrob və göbələkləri məhv etmək xassəsinə malikdir. İnsanlar SO2 qazından qədimdən bəri şərabın emalında istifadə etmişlər. Meyvə və giləmeyvə şirələrinin uzun müddət saxlanmasında istifadə olunur. SO2 Bı vitaminini(tiamin) parçaladığına görə onun istifadəsi seçici olmalıdır. Yol verilən gündəlik dozası 0,35 mq və ya canlı orqanizmin hər kq çəkisinə 0,35–1,5 mkq nəzərdə tutulmuşdur.
Sorbin turşusu və duzları funqsid təsiri göstərərək maya və çürümə göbələklərinin inkişafını dayandırır, süd turşusu bağırsaq florasını məhv edir. Bu xassələrinə görə digər konsevantlarla birlikdə tətbiq edilir. Sorbit turşusu və duzlarının təsiri mühitin pH-dan asılı deyildir. Onlar meyvə və tərəvəzlərin, balıq və ət məhsullarının, marqarinlərin spirtsiz içkilərin və meyvə giləmeyvə şirələrinin konservləşdirlməsində istifadə olunurlar. Həmçinin, qablaşdırılma materiallarının istifadəsi zamanı onların sterilləşməsində tətbiq olunurlar. Orqanizm üçün təhlükə törətməyən və asan mübadilə olunan birləşmlərdir.
Benzoy turşusu Na — benzoat kalium, benzoat kalsium bir sıra meyvələrin tərkibində rast gəlinən təbii birləşmələr olub, təbii konservant kimi geniş tətbiq sahəsi tapmışlar. Benzoy turşusu meyvə giləmeyvə məhsullarının, duzları isə balıq və ət məhsullarının, marqarinlərin və içkilərin konservləşdirilməsində tətbiq edilir. Oksidləşmə reduksiya parçalanmalarını həyata keçirən fermentlərin təsir effektini dayandırmaq, aflatoksin əmələ gətirən mikroorqanizmlərin fəaliyyətini zəiflətmək xassəsinə malikdirlər. Benzoy turşusu turş mühitdə yaxşı təsir edir. Para oksibenzov turşusu və duzları bitki-alkalloidlərinin və piqmentlərinin tərkibinə daxil olurlar. İnsanların qaraciyərində və qanında az miqdarda olur. Para oksibenzoy turşusunun duzları və efirləri zəif turş mühitdə effektiv təsirə malikdirlər. Para- oksiben-zoy turşusunun və efirlərin Na duzları həmçinin, efirləri: R=-CH3;-C2H5;-C2H7 antioksidant təsir göstərirlər. Bu konservan-ların təsir mexanizmi hüceyrə membranlarında gedən struktur dəyişikliklərinin qarşısını almaq və qlükozanın mənimsənilməsini nizam-lamaqdır. İnsanlar üçün istifadə dozası bədən çəkisinin hər kiloqramına −10 mq nəzərdə tutulur.
Elman Mövsumov, Nazim Yusifov. "Qida kimyası", Bakı, "MBM", "MMC", 2010