Benzoy turşusu C6H5COOH - ən sadə monokarbon aromatik turşudur. Asan sublimasiya olunan rənqsiz kristal maddədir. Suda çətin, üzvi həlledicilərdə (etanol, xloroform, dietilefiri) asan həll olur. Zəif turşudur. 1220C-də əriyir.
Benzoy turşusu | |
---|---|
Ümumi | |
Sistematik adı | Benzoy turşusu |
Kimyəvi formulu | C6H5COOH |
Molyar kütlə | 122,12 q/mol q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 1,32 q/sm q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 122,48 °S |
Qaynama nöqtəsi | 249,2 °S |
Öz-özünə yanma temperaturu | 570 °C[1] |
Kimyəvi xassələri | |
Turşunun dissosasiya sabiti | 4,204[2] |
Optik xüsusiyyətlər | |
Sındırma əmsalı | 1,504[3] |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 65-85-0 |
PubChem | 243, 20144841 |
RTECS | DG0875000 |
ChEBI | 30746 |
ChemSpider | 238 |
İlk dəfə XIV əsrdə benzoy qatranından sublimasiya yolu ilə alınıb. 1832-ci ildə alman kimyaçısı Libix tərəfindən benzoy turşusunun quruluşu müəyyənləşdirilmişdir.
Laboratoriyada benzoy turşusu toluola güclü oksidləşdiricilərin(KmnO4, CrO3,HNO3) təsirindən alınır. Sənayedə, benzoy turşusu toluolun oksigen ilə katalitik oksidləşməsindən 130-150 0C temperaturda və 200-500 kПа təzyiq altında alınır.
Benzoy turşusu spirtlərlə mürəkkəb efirlər – benzoatlar əmələ gətirir.
Tibbdə bəzi dəri xəstəliklərində antiseptik (mikrob əleyhinə) və fungisid (göbələk xəstəliklərinin törədicilərinə qarşı) dərman kimi işlədilir. Onun natrium duzu bəlqəm gətirən dərmandır. Benzoy turşusunun törəmələrindən (məs. xlorbenzoy və nitrobenzoy turşularından)boya maddələrinin sintezində, metil, etil, propil, butil və amil spirtləri ilə əmələ gətirdiyi mürəkkəb efirlərdən ətriyyat sənayesində geniş istifadə olunur. Benzoy turşusu həmçinin kənd təsərrüfatında konservant kimi də istifadə olunur.