Konservativ qüvvə

Konservativ qüvvə — görülən işi cismin hərəkət trayektoriyasından asılı olmayan, yalnız hərəkətin başlanğıc və son nöqtələrinin vəziyyətindən asılı olan qüvvəyə deyilir. Məs: Ağırlıq qüvvəsi, Elastiklik qüvvəsi və s.[1]

Qeyri-konservativ qüvvə — Görülən işi cismin hərəkət trayektoriyasından asılı olan qüvvə qeyri-konservativ qüvvə adlanır. Məs. sürtünmə qüvvəsi və s.

Konservativ qüvvələr sonrakı xassələrə malikdir:

  1. Konservativ qüvvələrin gördüyü iş trayektoriyanın formasından asılı deyil.
  2. Qapalı trayektoriya boyunca hərəkət edən cismə təsir edən konservativ qüvvələrin işi sıfıra bərabərdir: A = 0.
  3. Konservativ qüvvələrin işi cismin başlanğıc və son vəziyyətlərindən asılıdır.
  4. Əgər cismə konservativ qüvvə təsir edirsə, onda cisim potensial enerjiyə malikdir.
  5. Ağırlıq, elastiklik və eletrostatik qüvvələr konservativdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Konservativ qüvvələr. Potensial enerji haqqında teorem". 2022-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-06.