Konstantin İpsilanti (yun. Κωνσταντίνος Υψηλάντης; mold. və rum. Константин Ипсиланти; 1760[1][2][…], Konstantinopol – 24 iyun 1816, Kiyev) — 1796-1799-cu illərdə Osmanlı draqomanı, 1799-1802-ci illərdə Moldovanın və 1802-1806-cı illərdə Valaxiya şahzadəsi.
Konstantin İpsilanti | |
---|---|
yun. Κωνσταντίνος Υψηλάντης | |
15 oktyabr 1806-cı il – 16 avqust 1807 | |
Əvvəlki | Aleksandr Sutsu |
Sonrakı | Rusiya rəhbərliyi |
1 sentyabr 1802 – 24 avqust 1806 | |
Əvvəlki | Aleksandr Sutsu |
Sonrakı | Aleksandr Sutsu |
7 mart 1799-cu il – 28 iyun 1801-ci il | |
Əvvəlki | Alexander Kallimaki |
Sonrakı | Aleksandr Sutsu |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1760[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 24 iyun 1816 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | Draqoman |
Uşaqları | |
Dini | Şərqi pravoslav kilsəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Konstantin İpsilanti 1760-cı ildə Konstantinopolda Alexander İpsilanti və Katherine Muruzinin zadəgan aristokrat ailəsində anadan olub. Konstantin bəzi digər fanariolar kimi, 1796-1799-cu illərdə Osmanlı draqomanı idi, lakin sonra 1799-1802-ci illərdə Moldaviya knyazlığının və 1802-1806-cı illərdə Valaxiya knyazlığının şahzadəsi olmuşdur. Atasının siyasi əqidəsini miras alan Konstantin İpsilanti işini davam etdirirdi. Hələ 1797-ci ildə Osmanlı draqomanı kimi xidmət edərkən, İpsilanti gizli şəkildə Rusiya imperiyası ilə əməkdaşlığa başladı. Onun evi rus agentlərinin görüş yeri idi.[3] İpsilanti Balkan yarımadası ölkələrinin türklərin əlindən azad edilməsi uğrunda mübarizədə Rusiyanın köməyinə ümid edirdi. O, Valaxiya, Moldaviya və Serbiyanı öz hakimiyyəti altında birləşdirmək üçün iddialı planlar hazırlayırdı. Rusiya və İngiltərənin çoxsaylı xidmətləri sayəsində Konstantin İpsilanti onların xahişi ilə 1799-cu ildə Osmanlı Sultanı tərəfindən Moldaviya knyazlığının hökmdarı təyin edildi. Eyni zamanda o, Rusiya tərəfdarı olduğunu açıq şəkildə Osmanlya bəyan edirdi. Bu səbəbdən İpsilanti 1801-ci ildə Moldova taxtından uzaqlaşdırılaraq İstanbula qayıdır. 1802-ci ildə Konstantin İpsilanti Valaxiya Knyazlığının şahzadəsi təyin edildi. 1807-ci ildə Fransa və Rusiya arasında rus qoşunlarının Dunay knyazlıqlarından çıxarılmasını nəzərdə tutan Tilzit sülhünün bağlanması İpsilantinin planlarını alt-üst etdi.
1807-ci ildə Konstantin İpsilanti Rusiyaya getməyə məcbur oldu. Ömrünün qalan hissəsini Kiyevdə keçirdi. Konstantin İpsilanti Kiyevdə vəfat edib, beş oğlunu geridə qoyub, onlardan üçü (Aleksandr, Dmitri və Georgi) rus ordusunda zabit olub və Yunanıstanın Müstəqillik Müharibəsində mühüm rol oynayıb. [4]