Konstantin Şulqan

Konstantin Şulqan (belar. Канстанцін Канстанцінавіч Шульган; d. 11 iyul 1965, Bereza, Brest, Belarusiya SSR, SSRİ) — Belaruslu bürokrat və siyasətçi. Belarus Respublikasının rabitə və informasiyalaşdırma naziri (18 avqust 2018-ci ildən)[1].

Konstantin Şulqan
belar. Канстанцін Канстанцінавіч Шульган
bayraq
Belarus Respublikasının
rabitə və informasiyalaşdırma naziri
bayraq2
18 avqust 2018 – davam edir
Şəxsi məlumatlar
Doğum tarixi (59 yaş)
Doğum yeri Bereza, Brest, Belarusiya SSR, SSRİ
Fəaliyyəti dövlət xadimi, hərbi qulluqçu, siyasətçi
Rütbəsi polkovnik-leytenant, podpolkovnik[d]

Konstantin Şulqan 11 iyul 1965-ci ildə Belarusiya SSR-in Brest rayonunun Bereza şəhərində dünyaya gəlmişdir[1].

1989-cu ildə Minsk Ali Hava Hücumundan Müdafiə Mühəndisliyi Ali Məktəbini bitirmişdir[1].

1991-ci ildən 2008-ci ilədək Belarus Dövlət İnformasiya Təhlükəsizliyi Mərkəzində müxtəlif vəzifələrdə çalışmışdır[1].

2008-ci ildən 2018-ci ilədək Belarus Respublikasının Prezidenti yanında Əməliyyat Analitik Mərkəzində zabit vəzifədə xidmət etmiş, 2016-cı ildə həmin Mərkəzin sədr müavini vəzifəsinə təyin olunmuşdur[1].

O, 18 avqust 2018-ci ildə Belarus Respublikasının rabitə və informasiyalaşdırma naziri vəzifəsinə təyin olunmuşdur[1].

  1. 1 2 3 4 5 6 caspianinnovation.az Arxivləşdirilib 2020-02-07 at the Wayback Machine  (az.)