Konstantin Krasuski

Krasuski Konstantin Adamoviç (2 (14) sentyabr 1867 və ya 14 (26) sentyabr 1867, Ryazan quberniyası[d] və ya Zaraysk, Ryazan quberniyası[d]7 aprel 1937, Bakı) — Professor, SSRİ EA-nın müxbir üzvü (1933).

Krasuski Konstantin
Krasuski Konstantin Adamoviç
Krasuski Konstantin Adamoviç
Krasuski Konstantin Adamoviç
Doğum tarixi
Doğum yeri Zaraysk, Moskva
Vəfat tarixi ?
Vəfat yeri Bakı
Elm sahəsi Kimyaçı
Elmi adları Professor, SSRİ EA-nın müxbir üzvü (1933)
İş yeri Kimya İnstitutu
Təhsili
  • Sankt-Peterburq Universitetinin Fizika və Riyaziyyat fakültəsi[d]
Üzvlüyü
Mükafatları Azərbaycan SSR əməkdar elm xadimi

Krasuski Konstantin Adamoviç 1867-ci il sentyabrın 14-də Moskva vilayətinin Zaraysk şəhərində anadan olub. 1891-ci ildə Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. 1902-ci ildə kimya üzrə magistr alimlik dərəcəsi, 1903-cü ildə professor elmi adı almışdır. 1902-1907-ci illərdə Varşava Universitetində professor kimi çalışıb, 1911-ci ildə Kiyev Universitetində kimya üzrə doktorluq dissertasiyası müdafiə edib, 1926-cı ildə Ukrayna SSR EA-nın, 1933-ci ildə isə SSRİ EA-nın müxbir üzvü seçilib. 1907-1912-ci illərdə Kiyev Politexnik İnstitutunda, 1913-1916-cı illərdə Kiyev Universitetində, 1916-1919-cu illərdə Xarkov Universitetində işləyib. 1929-cu ildə Azərbaycana dəvət olunub. 1929-30-cu illərdə Bakı Dövlət Universitetində, 1930-1937-ci illərdə Azərbaycan Sənaye İnstitutunda “Üzvi-kimya” kafedrasına rəhbərlik edib. 1935-1937-ci illərdə SSRİ EA Azərbaycan Filialının Kimya İnstitutunun təşki¬latçısı və ilk direktoru olub.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

K.Krasuskinin elmi fəaliyyətinin əsasını hipoxlorit turşusunun olefinlərə birləşmə qaydasının müəyyən edilməsi, üzvi oksidlərin iştirakı ilə gedən izomerləşmə reaksiyalarının öyrənilməsi, ammonyak və aminlərin üzvi oksidlərə təsirinin araşdırılması məsələləri təşkil edib. Onun tərəfindən müəyyən edilib ki, aminlər qeyri-simmetrik oksidlərə birləşən zaman hidrogen ən az olan yerə birləşir və nəticədə ikili aminospirt əmələ gəlir. Bu proses K.Krasuski qaydası adı ilə üzvi kimyada geniş istifadə olunur. Azərbaycanda üzvi kimya elminin inkişafında, elmi kadrların hazırlanmasında, üzvi kimya laboratoriyalarının təşkil edilməsində K.Krasuskinin böyük xidmətləri olub.

Elmi əsərlər

[redaktə | mənbəni redaktə et]

K.Krasuski 60-dan artıq elmi əsərin müəllifidir.

K.Krasuski Azərbaycan SSR «Əməkdar elm xadimi» adına layiq görülüb.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]