Konstantin obeliski

Konstantin obeliski (türk. Örme Dikilitaş) — 32 metr hündürlüyə malik olan bizans obeliski. İlk əvvəllər Konstantinopol ippodromunun qarşısında yerləşirdi. Hazırda isə ərazi Sultanəhməd meydanı adlanır. Abidə İstanbul şəhəri, Sultanəhməd meydanı, İlanlı sütunun yaxınlığında yerləşir. X əsrdə VII Konstantinin dönəmində inşa edilməsi ehtimal edilir. İlk inşa zamanı onun hündürlüyü 32 metr olmuşdur. O dövrdə Vasili Makedonyaninin hərbi qələbələri təsvir edən qızıl örtüklü tunc plitələr ilə bəzədilmişdir. Hazırda sütunun hündürlüyü 21 metrdir.

Konstantin obeliski
türk. Örme Dikilitaş
Xəritə
Ölkə Türkiyə
Yerləşir İstanbul
Sifarişçi X əsr
Hündürlüyü 32 m
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sütunun üzərində olan qızıl lövhələr 1204-cü ildə təkil olunan Dördüncü Xaç yürüşü zamanı xaçlılar tərəfindən oğurlandıqları və əridildiyi bilinir. Bu zamandan abidənin vəziyyəti heç də ürək aşan olmamışdır. Daha sonra isə Osmanlı dönəmində yeniçərilər özlərini nümayiş etdirmək məqsədi ilə stunun üzərinə çıxırdılar. Bu da onun vəziyyətinini daha da bərbad hala salırdı.

Konstantin obeliskinin təsviri 1953-1976-ci illərdə dövrüyədə olmuş 500 nominallı Türk lirəsinin üzərində əks olunmuşdur.

Mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

Obelisk 2011-ci ilin video oyununda Assassin"s Creed: Revelations-da nümayiş etdirilir və kollektiv yan missiyaların birinin yeridir.

  • Alexander Kazhdan (éd.), The Oxford Dictionary of Byzantium, 3 vols., Oxford University Press, 1991 ISBN 0-19-504652-8, s. v. Obelisk of Theodosius, vol. 3,