Konstitusiya abidəsi — Türkmənistanın paytaxtı Aşqabadda abidə.[1]
Türkmənistanın paytaxtı Aşqabadda tikilmiş, 185 metr hündürlüyündə olan “Konstitusiya abidəsi” 18 may 2011-ci ildə açılıb. Abidə Konstitusiya Günü və türkmən şairi Məhtimqulunun doğum günü açılıb.
Aşqabadın ən hündür abidəsi olan bu abidə 45 milyon avroya başa gəlib. Abidəni Türkiyənin “Polimeks” şirkəti hazırlayıb.