Kontakt materialları

Kontakt materialları — elektrik dövrələrinin periodik olaraq qapanması və açılması üçün xidmət edirlər. Böyük cərəyan şiddətlərində və yüksək gərginlikdə dövrələrin qırılması üçün tətbiq edilən, qırıcı kontaktlar üçün materiallar, qapalı vəziyyətdə kontaktın keçid elektrik müqavimətində yüksək etibarlılığı təmin etməlidirlər.[1]

Qırıcı kontaktlar üçün kontakt materialları kimi, təmiz gec əriyən metallardan əlavə, müxtəlif ərintilər və metal-keramik kompozisiyalar tətbiq edilirlər. Ag – CdO sisteminin materialı kütləyə görə kadmium oksidi 12…20% təşkil etdikdə böyük tətbiqə malikdir. Belə material gümüş-kadmium ərintisinin oksidləşdirici atmosferdə qızması zamanı alınır. Böyük güclü qurğularda qırıcı kontaktlar üçün gümüşün Ag, Co, Ni, Cr, W, Mo və Ta ilə; misin Cu-un W və Mo ilə; qızılın Au-un W və Mo ilə kompozisiyalarını tətbiq edirlər.[2]

Sürüşkən kontaktlarıüçün materiallar sürtülməyə qarşı yüksək davamlılığa malik olmalıdırlar. Bu məqsəd üçün soyuqdartılan (bərk) misi, beriliumlu tuncu tətbiq edirlər, həmçinin Ag – CdO sistemli materialı.[3]

  1. "Arxivlənmiş surət". 2022-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-07.
  2. "ГОСТ 14312-79. Контакты электрические. Термины и определения". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-07.
  3. "ГОСТ Р 50030.4.1-2002 (МЭК 60947-4-1-2000) Аппаратура распределения и управления низковольтная. Часть 4-1. Контакторы и пускатели. Электромеханические контакторы и пускатели". 2016-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-07.