Konya Atatürk stadionu

Konya Atatürk stadionu1950-ci ildə Konyada açılan çox məqsədli köhnə bir stadiondur. Konyasporun keçmiş stadionudur. Hal-hazırda 22.456 tamaşaçı tutumuna malikdir. 2005-ci ildə stadionda işlər aparılmış, və nəticədə stadionun hamısı kreslo ilə təmin olunmuşdur[1]. Balıqəsir stadionu ilə bərabər Türkiyədə velosiped pisti olan 2 stadiondan biridir.

Konya Atatürk stadionu
Xəritə
Tam adı Konya Atatürk Stadionu
Yeri Konya, Türkiyə Türkiyə
Təməli qoyulub 1950
Yenidən qurulma tarixi 2005
Bağlanma tarixi 2014
Sökülmə tarixi 2018
Sahibi Türkiyə Respublikası Gənclər və İdman Nazirliyi
Tamaşaçı tutumu 22.456
Ev sahibi komanda Konyaspor
Meydançanın ölçüləri 105×68 m
Ot örtüyü Təbii çəmən

7 may 2014 tarixində Türkiyə kuboku finalı 2014-də ev sahibliyi etdi. Qalatasaray ilə Əskişəhərspor qarşılaşmasında Qalatasaray qalib olmuşdur. Beləcə Qalatasaray kuboku 15-ci dəfə öz muzeyinə apardı.

Atatürk stadionunda son oyun 11 may 2014-cü ildə olub. Bu oyun Kayserispor və Konyaspor arasında olmuşdur. Konyaspor oyunlarını Konya Böyükşəhər Bələdiyyəsi Stadionunda oynayır[2].

  1. Ajansspor.net haberi[ölü keçid]
  2. "Konya 64 yıllık stada veda etti!". 2014-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-29.