Korab şəlaləsi

Korab şəlaləsi (Proyfel) — Makedoniya Respublikasının qərbində, Albaniya ilə sərhəddə yerləşən şəlalə. Şəlalə Mavrovo Milli Parkı ərazisində yerləşir. Dlaboça çayının yuxarı axarlarındadır. Dlaboça çayı öz növbəsində Radika çayının hövzəsinə daxildir. Şəlalə Korab dağının ətəklərindən aşağı doğru axır. Şəlalə Mal-Korab dağının ətəklərinə yağan qarın əriməsi sayəsində formalaşır. Şəlalənin intensivliyi mövsümdən alılı olaraq dəyişir. Korab şəlaləsi nəyinki Makedoniyanın həm də bütün Balkan yarımadasının ən hündür şəlaləsidir. İnzibati baxımından Makedoniyanın Mavrovo və Rostuşa rayonu ərazisinə daxildir.

Korab şəlaləsi
Ümumi məlumatlar
Hündürlüyü 100-138 m
Yerləşməsi
41°45′47″ şm. e. 20°32′15″ ş. u.HGYO
Ölkə  Şimali Makedoniya
Korab şəlaləsi xəritədə
Korab şəlaləsi
Korab şəlaləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Onun ölçüləri ölçmə xüsusiyyətlərindən asılı olaraq dəyişir. Hündürlüyü 100-138 metr arasındadır. Dəqiq hündürlük isə Çayın töküldüyü ən hündür nöqtə ilə ən aşağı nöqtə arasındakı məsafədir. Şəlalənin ən hündür nöqtəsi dəniz səviyyəsindən 2120 metr yuxarıdadır. Ən aşağı nöqtəsi isə 1990 metrdir[1].

Çayda ən gursulu dövr mayın sonları iyunun əvvəlləri müşahidə edilir. Yay ərzində isə suyun həcmində kifayət qədər azalma baş verir. Əsasən tədriclə azalır. Quraq keçən illəri avqust ayının sonu sentyabrın əvvəllərində şəlalə tamamən quruyur[1].

Şəlalə və çayın yerləşdiyi vadi son buzlaşma dönəmində formalaşmış buzlağın fəaliyyəti sayəsində əmələ gəlmişdir[2]. Şəlalənin yerləşdiyi ərazidə buzlaq mənşəlli təbiət abidələrini müşahidə etmə olar.

Əlçatarlılıq

[redaktə | mənbəni redaktə et]

Şəlalə kifayət qədər əlçatmaz bir ərazidə yerləşir. Şəlaləyə gedən ən yaxşı yol Dlaboka çayının vadisi ilədir. Bu yolda Nistrovo kəndi yerləşir. Buradan yola davam etdikcə qarşıya tərk edilmiş Jujne kəndi çıxır. Buradan meşə ilə şəlaləyə qısa yol olsa da iki dəfə çayı keçmək zərurəti yaranır. Digər maşrutla isə kilsə yaxınlığında yerləşən körpünü keçmək yazımdır. Bu yol daha qısa, enli və bir azda təhlükəsizdir[2].

  1. 1 2 Macedonia Timeless. http://macedonia-timeless.com/. 13 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 May 2016.
  2. 1 2 Dlaboka çayı üzərində yerləşən şəlalə – Korab Arxivləşdirilib 2017-04-14 at the Wayback Machine // daily.mk