Koreya Milli Folklor Muzeyi (kor. 국립민속박물관) — Cənubi Koreyanın milli muzeyi, Seuldəki Çonnoqu rayonunun Kenbokkun sarayında yerləşən iki muzeydən biridir. Muzeyin ekspozisiyası qədim dövrlərdən Xoseon dövrünə qədər Koreya xalqının ənənəvi həyat tərzinə həsr olunub. Dünyanın ən çox ziyarət edilən ən yaxşı 20 muzeyinə daxildir.[1]
Koreya Milli Folklor Muzeyi | |
---|---|
kor. 국립민속박물관 | |
Əsası qoyulub | 1945 |
Açılış tarixi | 25 aprel 1946 |
Ölkə | |
Yerləşir | Samcheongdong-gil 35, Seul |
Ziyarətçi sayı | 2,705,814 (2013)[1] |
37°34′53″ şm. e. 126°58′44″ ş. u. | |
www.nfm.go.kr | |
Vikianbarda əlaqəli mediafayllar |
8 sentyabr 1945-ci ildə ABŞ hökumətinin iştirakı ilə yaradılmış, 1946-cı il aprelin 25-də Milli Antropologiya Muzeyi adına açılmışdır. 1975-ci ilə qədər Koreya Milli Muzeyinə birləşdirildi. 11 aprel 1975-ci ildə Koreya Milli Folklor Muzeyinin adı ilə Kenbokkun sarayının ərazisində Müasir incəsənət muzeyinin köhnə binasında açılıb. 17 fevral 1993-cü ildə Milli Muzeyin köhnə binasında indiki yerə köçdü.[2].
Muzeyin ekspozisiyası üç əsas istiqamətə bölünür- Koreya xalqının tarixi, Koreya həyat tərzi və Çason dövrünə aid olan koreyalıların həyat dövrü . Bundan başqa ekspozisiyanın əksəriyyəti qala sahələrində açıq havada ifşa olunur.[3]. Muzeyə giriş pulsuzdur. İstirahət günü — çərşənbə axşamıdır. İş Saatı 9: 00-dan 17: 00-19: 00 qədərdi. (ilin vaxtlarından aslı olaraq)[4].