Ən çox ziyarət edilən sənət muzeyləri — Dünyanın ən çox ziyarət edilən sənət muzeylərinin siyahısı ziyarət edənlər arasında ən böyük marağa səbəb olan, əsasən sənət əsərlərindən ibarət olan ekspozisiya, muzey və qalereyalara aid olan 100 siyahıdan ibarətdir. İncəsənətdə sənət dedikdə heykəl , rəsm, qrafik, fotosənəd və dekorativ-tətbiqi incəsənət anlaşılır. Siyahıya sənət muzeyləri olmayan (məsələn, Pekin şəhərindəki Yasaq şəhər) turistik görməli yerlər qeyd edilməyib.Həmçinin siyahıda qismən incəsənət əsərlərinə malik ekspozisiya, muzeylər deyil , lakin əsasən konkret mövzuya həsr edilmiş xüsusi muzeylər (məsələn, Londonda Təbiət Tarixi Muzeyi) yer alıb. Bu siyahı, beynəlxalq nüfuzlu "The Art Newspaper"[1] sənət jurnalının məlumatlarına əsaslanaraq, ildə bir dəfə birbaşa oxşar siyahıları yazır, bu siyahı 2014-cü ilin məlumatlarına əsaslanır. Siyahıda ən böyük nümayəndəlik ABŞ-da olan muzeylərdir - 18 və Böyük Britaniya - 14, İspaniya (9) və Fransa (8), ardından 6 muzey Braziliya və 5 muzey Rusiya, Avstraliya və Cənubi Koreyada mövcuddur. İl ərzində ən çox ziyarətçisi olan muzeylər Böyük Britaniyadadır - 30 milyondan çox insan. Siyahıdakı muzeylərdən ən çoxu Londonda yerləşir-11 və Paris -7, Berlin, Madrid və Tokioda-4 muzey yerləşir.Siyahıda qeyd edilmiş muzeylərin çoxu, Avropa qitəsi ərazisində yerləşir -55, Şimali Amerika ərazisində -22 muzey, Asiya -12 muzey, Cənubi Amerikada -6, Avstraliya -5; Afrika muzeyləri siyahıda göstərilməyib.
...