Koreya Nəqliyyat İnstitutu

Koreya Nəqliyyat İnstitutuCənubi Koreyanın Baş nazirliyinə tabe olan araşdırma mərkəzi. İnstitutda tədqiqatlar Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi və yerli hökumət orqanlarının sifarişi ilə aparılır. 2014-cü ilin dekabrında mərkəz Secon şəhərindəki Koreya Milli Tədqiqat Kompleksinə köçürülmüşdür.[2]

Koreya Nəqliyyat İnstitutu
Əsası qoyulub 1985[1]
Ölkə
Sayt english.koti.re.kr
Secon Milli Tədqiqat Kompleksi
Koreya Nəqliyyat İnstitutunun Koyan şəhərində yerləşən binası

İnstitut 1985-ci ilin noyabr ayında qəbul edilmiş Mülki Aktın 32-ci maddəsi əsasında yaradılmış[3] və 1987-ci ilin avqustunda Şəhər nəqliyyatının tənzimlənməsinin təşviqi haqqında Qanunun 24-cü maddəsi əsasında rəsmi olaraq fəaliyyətə başlamışdır.[4] 1999-cu ildə İqtisadi, Humanitar və Sosial elmlər üzrə Milli Tədqiqat Şurasına qoşulmuş[5][6]Koyan şəhərində yerləşən İnşaat və Nəqliyyat Tədqiqat Kompleksinə köçmüşdür. 2014-cü ildən Secon şəhərində fəaliyyət göstərir. 2017-ci ilin dekabrından prezidenti OH Cehakdır.[7] Cehak İnstitutun 14-cü prezidentidir. Daha öncə LEE Çenq Vun həmin postu tutmuşdur.

Koreya Nəqliyyat İnstitutunun 99-u fəlsəfə doktoru və 230 nəfəri tədqiqatçı olmaqla, 300 nəfər işçisi var. Prezidentin rəhbərliyi altında 9 departament, 22 bölmə fəaliyyət göstərir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Asiya İnkişaf BankıDünya Bankı ilə tədqiqat mübadilə proqramları mövcuddur.

İnstitutda aşağıdakı departamentlər fəaliyyət göstərir:

  • Dördüncü Sənaye İnqilabı və Nəqliyyat Departamenti
  • Hərtərəfli Nəqliyyat Departamenti
  • Yol Nəqliyyatı Departamenti
  • Dəmiryol Nəqliyyatı Departamenti
  • Aviasiya Departamenti
  • Logistika Departamenti
  • Milli Nəqliyyat İnformasiya Bazası Departamenti
  • Qlobal Nəqliyyat Əməkdaşlığı Departamenti
  • Planlaşdırma və Administrasiya Departamenti
  1. ROR Data. v1.19 2023. doi:10.5281/ZENODO.7644942
  2. "설립목적 및 연혁 - 메인 - KOTI 소개 - 설립목적 및 연혁" (Korean). Korea Transport Institute. August 14, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 30, 2018. 2014.12세종국책연구단지로 청사 이전
  3. "Civil Act". Ministry of Justice. 5 April 2013. 2014-06-06 tarixində orijinalından (English) arxivləşdirilib. İstifadə tarixi: 28 May 2014.
  4. "Urban Traffic Readjustment Promotion Act". Ministry of Justice. 31 March 2010. 2014-06-06 tarixində orijinalından (English) arxivləşdirilib. İstifadə tarixi: 28 May 2014.
  5. "Member Research Institutes". NRCS. 2014-06-06 tarixində orijinalından (English) arxivləşdirilib. İstifadə tarixi: 28 May 2014.
  6. "The Korea Transport Institute" (PDF). KOTI promotional leaflet. KOTI. 2013-09-01 tarixində orijinalından (English) arxivləşdirilib. İstifadə tarixi: 28 May 2014.
  7. "설립목적 및 연혁 - 메인 - KOTI 소개 - 설립목적 및 연혁" (Korean). Korea Transport Institute. August 14, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 30, 2018. 2017.12오재학 제 14대 원장 취임