Dünya Bankı (ing. World Bank) — dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsünü təmin edən ən böyük donor təşkilatlardan biri. 1 iyul 1944-cü ildə Bretton-Vuds konfransında təsis olunmuşdur. Dünya Bankı heç də klassik mənada bank deyil, ixtisaslaşmış agentlikdir. Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış qurumlarından biridir. BMT tərəfindən yaradılan bu agentliyin hazırda 184 üzvü var.[1]
Dünya Bankı WB, BM, BM, BM, BM | |
---|---|
The World Bank | |
Növü | Beynəlxalq təşkilat |
Yaranma tarixi | 27 dekabr 1945 |
Rəsmi dili | İngilis dili |
Mərkəzi | ABŞ, Vaşinqton |
Prezident | David R. Malpass |
Üzvləri | 189 |
worldbank.org/en/home | |
Vikianbarda əlaqəli mediafayllar |
Üzv ölkələr bu qurumun fəaliyyətinə nəzarət edir. Dünya Bankı inkişaf etməkdə olan ölkələrə çox aşağı faiz dərəcəsi ilə və ya faizsiz uzunmüddətli kreditlər və qrantlar verir. Dünya Bankı Azərbaycan hökuməti ilə də struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq edir.
Bankın əsas məqsədi kasıb ölkələrə struktur islahatlarının həyata keçirilməsində və yoxsulluğun azaldılmasında yardım göstərməkdir. Ayrı-ayrı ölkələrdə sabit və davamlı inkişafa nail olmaq üçün Dünya Bankı öz maliyyə resurslarından, yüksək ixtisaslı kadrlarından və biliklər bazasından istifadə edir.
Bank yaradılarkən ilkin məqsədi İkinci dünya müharibəsində dağıntılara məruz qalmış ölkələrdə yenidənqurma işlərinin həyata keçirilməsi və maliyyələşdirilməsi olmuşdur. Bu bankı digər banklardan fərqləndirən bir çox xüsusiyyətlər var. Bu bankda heç bir kəs hesab aça bilməz. Bu bankın müştəriləri yalnız dövlətlərdir. Dünya Bankı dünya iqtisadiyyatının və bir çox digər sosial-mədəni sahələrin inkişaf etdirilməsində əvəzsiz rola malikdir. Adından məlum olduğu kimi Dünya Bankı dünyanın əsas mərkəzi bankıdır. Belə ki, Dünya Bankı dünya ölkərinin bank sektorunu tənzimləyir, yəni o bankları vaxtaşırı məlumatlarla və öz məsləhətləri ilə təmin edir. Dünya Bankı fəaliyyətinin əsas istiqaməti iqtisadi keçid dövründə olan inkişaf etməkdə olan ölkələrə və yoxsul ölkələrə kreditlər vasitəsilə yardım etmək və yoxsulluğun səviyyəsini azaltmaq, həmçinin üzv dövlətlərin inkişafını təmin etməkdir.
Dünya Bankı Birləşmiş Millətlər Təşkilatının (BMT) pul-kredit və maliyyə konfransı olan Bretton Vuds (Bretton Woods) razılaşması nəticəsində yaradılıb. Bu razılaşma 1944-cü ilin iyul ayında baş tutmuşdur və bununla da Dünya Bankı yaradılmışdır. Bankın yaradılmasında məqsəd İkinci dünya müharibəsində zərər çəkmiş Avropa ölkələrinə yardım göstərmək olmuşdur. İki il sonra bank özünün ilk kreditini 250 mln doll. olmaqla Fransaya müharibəsonrası yenidənqurma işləri üçün ayırmışdır. Bu təşkilatın rəsmi adı: Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı idi. Bank öz işinə başlayarkən cəmi 38 üzvü var idi. Lakin, 50–60-cı illərdə dünyada yeni dövlətlərin sayının artması ilə, onun üzvlərinin sayı əhəmiyyətli dərəcədə artdı. Məlum olduğu kimi, 1923–1933-cü illərdə baş verən dünya iqtisadi böhranı, dünya valyuta sisteminin stabilliyini məhv etdi. Buna görə də dünyada yeni valyuta sisteminin yaranmasına ehtiyac var idi. Bu ehtiyacı qarşılamaq üçün 1944-cü ildə Amerika Birləşmiş Ştatlarında Bretton Vuds (Bretton Woods) konfransı keçirildi. Bu konfransda qəbul edilmiş qərarlar, dövlətlər arasında valyuta-maliyyə və kredit münasibətlərinin və ticarət təşkilatının qaydalarını müəyyən etdi. Beləliklə, dünya valyuta sisteminin yeni forması – Bretton Vuds sistemi yarandı. Bretton Vuds konfransında iki müqavilə imzalanmışdır:
Bretton Vuds sistemi, dolların dünya ehtiyat valyutasına çevrilməsi demək idi. Bu da ona gətirib çixardı ki, dünya iqtisadiyyatında ABŞ-nin rolu aparıcı oldu. Bretton Vuds sisteminin ən önəmli cəhətlərindən biri odur ki, müharibə nəticəsində dağıdılmış beynəlxalq təsərrüfat əlaqələri, istehsal və ticarət bərpa olundu.
Bildiyimiz kimi Dünya Bankı ilk əvvəl Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı adı ilə yaranmışdır. Terminoloji mənada Dünya Bankı dedikdə "Beynəlxalq İnkişaf Assosiasiyası" və "Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı" nəzərdə tutulur.. Ancaq Dünya Bankının fəaliyyət sahəsi geniş olduğundan adları çəkilən 2 qurum bankın fəaliyyətini tam həcmdə həyata keçirməyə bəs eləmir. Əlavə 3 qurum yəni: Beynəlxalq Maliyyə Korporasiyası, İnvestisiya Təminatı üzrə Çoxtərəfli Agentlik, İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz yuxarıda qeyd olunan 2 qurumla birgə Dünya Bankı ailəsini yəni, Dünya Bankı Qrupunu əmələ gətirir. Dünya Bankı Qrupunu dedikdə aşağıdakı qurumlar nəzərdə tutulur:
Dünya Bankı anlayışı Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq İnkişaf Assosiasiyası qurumları ilə yekunlaşır. Belə ki yuxarıda adları çəkilən 5 qurum birlikdə yeni bir anlayışı, yəni Dünya Bankı Qrupu-nu təşkil edirlər. Dünya Bankı Qrupu (DBQ) tərkibindəki 5 qurumla yoxsulluğun azaldılması və dünya iqtisadiyyatının inkişafının qarantıdır. DBQ 185 ölkənin üzv olduğu nəhəng iqtisadi təşkilatdır.
Dünya Bankı (BYİB və BİA) fəaliyyətini inkişaf etməkdə olan ölkələrdə (İEOÖ) əsasən aşağıdakı sahələrə yönəldib:
Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) və Beynəlxalq İnkişaf Assosiasiyası (BİA) üzv ölkələrə uyğun normalarla kredit verməklə yanaşı, kasıb ölkələrə də qrantlar ayırır. Xüsusi layihələr üçün ayırılmış kreditlər və qrantlar cox vaxt müəyyən sektorlarda və eləcə də iqtisadiyyatda yeni və daha böyük dəyişikliklərlə əlaqələndirilir. Məsələn, sahilboyu ərazilərdə ekoloji sabitliyi qorumaq üçün ayırılmış kreditlər yeni ekoloji təşkilatların yaraması ilə bərabər, çirklənmənin qarşısını almaq üçün yeni üsulların tapılması ilə də nəticələnir.
Beynəlxalq Maliyyə Korporasiyası (BMK) və İnvestisiya Təminatı üzrə Çoxtərəfli Agentlik (İTÇA) isə özəl sektora investisiya daxil edir və bu investisiyaların təminatçısı rolunu oynayır.
Yuxarıda qeyd edildiyi kimi , Dünya Bankı Qrupu BMT-in ixtisaslaşmış qurumlarından biridir və onun 185 üzvü vardır. Təşkilatın baş qərargahı Vaşinqtonda yerləşir. Ənənəyə uyğun olaraq , Dünya Bankının Prezidenti ən iri səhmdar ölkənin vətəndaşı olmalıdır. Prezident 5 illik müddətə seçilir və nəzarəti həyata keçirir.