Koreya Xalq Ordusu (KPA; Chosŏn'gŭl: 조선인민군; Chosŏn inmin'gun) Şimali Koreyanın təhlükəsizliyinə cavabdeh olan qurumdur. KXDR Sonqun siyasəti əsasında idarə olunur ki, bu siyasət də ordunun əsas diqqət mərkəzində olmasına səbəb olmuşdur. Ordu 5 yerə bölünmüşdür: Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Strateji Raket Qüvvələri və Xüsusi Təyinatlı Qüvvələr. Əlavə olaraq 14 yanvar 1959-cu ildə yaradılmış İşçi-Kəndli Qırmızı Mühafizəçilər adlı hərbiləşdirilmiş qüvvələr də orduya tabedir. 2016-cı il hesablamalarına görə 5,889,000 nəfər hərbiləşdirilmiş şəxsi heyəti ilə dünyanın ən böyük hərbiləşdirilmiş qüvvələridir. Bu rəqəm ölkə əhalisinin 25%-ni təşkil edir.