Korinf kanalı (yun. Διώρυγα της Κορίνθου, Dhioryga tis Korinthou) — Yunanıstan ərazisində yerləşən kanal. Kanal Saronik körfəzini Korinf körfəzi ilə birləşdirir, Peloponnes yarımadasını isə Balkan yarımadasından ayırır. Kanalın çəkilişi ilə Peloponnes yarımadası artıq adaya çevrildi.
Korinf kanalı | |
---|---|
yun. Διώρυγα της Κορίνθου | |
| |
Axdığı yerlər | Yunanıstan |
Giriş | Korinf körfəzi , İon dənizi |
Mənsəb | Saronik körfəzi , Egey dənizi |
Uzunluğu | 6 343 m |
Vikianbarda əlaqəli mediafayllar |
Peloponnes Yunanıstanın ən böyük yarımadasıdır. Ensiz altı kilometrlik Korinf bərzəxilə materiklə birləşir. Ondan şimalda Korinf, cənubda Saronik körfəzləri yerləşir. Bərzəxin dəniz səviyyəsindən yüksəkliyi 50–80 m-dir. Burada yer qabığı çoxlu sınmalarla pozulmuşdur. Korinf bərzəxi geoloji cəhətdən inkişaf edən çoxpilləli horstlardan birdir.
Korinf bərzəxini kəsib keçən kanalın uzunluğu 6 343 m, dəniz səviyyəsi eni 25 m, dəniz dibi eni isə 21 m-dir. Dərinliyi 8 metr olan kanalın divarlarının hündürlüyü 76 metrdir. Baxmayarq ki, kanal Egey dənizini İon dənizi ilə birlşdirir, ancaq iqtisadi baxımdan o qədər əhəmiyyətli kanal hesab olunmur.[1] Kanalın çəkildiyi ərazi əsasən çökmə mənşəli süxur olan əhəngdaşından təşkil olunub. Kanalın şaquli divarlarında geoloji quruluş, o cümlədən yarıq sistemləri üzrə üfüqi layların bir-birinə nisbətən aşağı düşməsi çox gözəl müşahidə olunur. Kanal üzərində bir dəmiryol və üç avtomobil körpüsü var. Köhnə körpülərdən birinin üzərində müşahidə meydançası yerləşir. Korinf kanalı ümumən 400 km-lik məsafəni qısaldır.[2]
Hələ antik dövrdə yunanlar öz gəmilərini Korinf körfəzindən Saronik körfəzinə, Peloponnesi dövrə vurmadan, xüsusi arabalarla E.ə. VIII əsrdə hələ mövcud olmuş daş örtüklü yolla Lekeon limanından Kenxrei limanına gətirirdilər. Bu xüsusi yol tarixdə Diolk adı ilə məşhurdur.[3]
Bu ərazidən kanalın çəkilməsi Makedoniyalı İsgəndərin arzusu idi. E.ə. 307-ci ildə Demetriy I Poliorket kanalın tikintisi ilə bağlı misir mühəndislərini dəvət etdi. Ancaq mühəndislər kanalın tikintisinin mümkünsüz olduğunu demişlər. Səbəb kimidə kanal ilə birləşdiriləcək körfəzlərin fərqli səviyyəyə malik olmasını göstərmişlər. İdeyya Roma hökümdarları Qay Yuli Sezarı və Kaliqulanı da ciddi düşündürmüşdür. Bizim eranın 67-ci ilində Neronun dövründə kanalı qazmağa başladılar. Qazıntıda 6000 yaxın qul iştirak edirdi. Onun ölümündən sonra, 68-ci ildə işlər dayandırıldı.[4]
1821-ci ildə kanalın tikintisinə yenidən təşəbbüs göstərilsədə, iqtisadi baxımdan əlverişli olmadığı üçün bu fikir yenidən təxirə salındı. 23 aprel 1882-ci ildə kanalın tikintisinə start verildi. Tikinti işlərinə macar mühəndis İştvan Tüür rəhbərlik etmişdir. Kanalın tikintisinə fransız şirkəti başlasada, yekunlaşdıran yunan şirkəti oldu. 11 il davam edən kanalın tikintisi 25 iyun 1893-cü ildə yekunlaşdı. İlk gəmi keçidi isə 1894-cü ilin yanvarında baş tutmuşdur.[5]
Müasir dövürdə kanal daha çox turist marşurtlarına xidmət edir və il ərzində 11 000 gəmi kanalı keçir. Daha böyük okean gəmilərinin kanaldan keçməsi mümükünsüzdür. Maksimum 16,5 m. enində olan gəmilər qoşqulu vəziyyətdə kanalı keçə bilər. Kanal üzərində olan körpülərdə tez-tez Banci-cumpinq tulanışları həyata keçirilir.