Koriya-del-Rio (isp. Coria del Río) – Sevilya şəhərinin yaxınlığında, Kvadalkvivir çayının sahilində yerləşən bələdiyyə.
Koriya-del-Rio | |
---|---|
37°17′06″ şm. e. 6°03′06″ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 5 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 41100 |
Nəqliyyat kodu | SE |
Digər | |
ayto-coriadelrio.es | |
Vikianbarda əlaqəli mediafayllar |
XVII əsrin əvvəllərində Senday daymyosu Date Masamune Hasekura Tsunenaqanın başçılığı altında Avropaya nümayəndəlik göndərmişdir. Daha sonra 6 samuray Koriya-del-Rioda qalmağa qərar vermişdir. 2003-cü ilin məlumatına görə Koriya əhalisinin 650 nəfəri (24.000 nəfərdən) "Hasekura de Japón" soyadını daşıyır və bu, onların İspaniyaya gələn ilk yaponların törəmələri olduqlarını göstərir. Soyad ilk dəfə bir rəsmi sənəddə 1646-cı ildə peyda olmuşdur. Yaşayış məntəqəsində bəzi uşaqlar asiyalılarda müşahidə olunan əlamətlərlə doğulurlar.[2]
1992-ci ildə Yaponiya hökuməti tərəfindən Koriya-del-Rioda Hasekura Tsunenaqanın heykəli ucaldılmışdır.
"Koriya" FK bələdiyyəni təmsil edən yerli futbol klubudur.