Korlar haqqında hekayət (nid. De parabel der blinden) - Holland İntibah Dövrü rəssamı Böyük Piter Breygel tərəfindən 1568-ci ildə çəkilmiş rəsm əsəri. Tabloda bir-birindən zəncir kimi tutub yeriyən altı korun təsviri verilmişdir. Ən irəlidə yeriyən birinci kor bələdçi büdrəyir və əl ağacı ilə birlikdə xəndəyə düşür. Ardınca gələn kor da onun üstünə yıxılır. İkinci əl ağacına bağlı olan üçüncü kor da özündən qabaqkıların üzərinə aşacaq. Beşinci və altıncı korların hələ heç nədən xəbəri yoxdur, lakin onları da mütləq özlərindən əvvəlki yol yoldaşlarının ardınca xəndəyə yuvarlanmaq aqibəti gözləyir. Həmin altı fiqurda yıxılmanın altı müxtəlif anları (fazaları) təsvir olunmuşdur. Ehtimal olunur ki, şəklin süjeti korlar haqqında İncil hekayətinə əsaslanıb:
Korlar haqqında hekayət | ||
---|---|---|
| ||
Rəssam | Böyük Piter Breygel | |
Tarixi | 1568 | |
Üslubu | dini incəsənət[d][1] | |
Ölçüləri | 86 sm[1] × 154 ± 1 sm, 156 sm[1] | |
Materialı | tempera | |
Saxlanıldığı yer | Kapodimonte Muzeyi, Neapol | |
Saytı |
wga.hu/html/b/bruegel/pi… wga.hu/html/b/bruegel/pi… wga.hu/html/b/bruegel/pi… wga.hu/html/b/bruegel/pi… wga.hu/html/b/bruegel/pi… wga.hu/html/b/bruegel/pi… wga.hu/html/b/bruegel/pi… |
|
İnventar nömrəsi | Q 1[2] | |
Vikianbarda əlaqəli mediafayllar |
Kor koru arxasınca aparırsa, onda hər ikisi xəndəyə aşacaq. |