Kornell metodu (ing. Cornell method) və ya Kornell qeyd tutma sistemi (ing. Cornell note-taking system) – 1940-cı illərdə Kornell Universitetinin professoru Volter Pauk tərəfindən yaradılan qeyd tutma metodudur.[1]
Kornell metodu zamanı qeyd tutmanın əsas məqsədi məlumatı birbaşa kağıza köçürmək və ya qeydlərin bir daha baxılmamaq üzrə yazılması deyil. Kornell metodu bir çox universitetlərdə istifadə olunan metoddur.
Kornell metodu ilə qeyd tutmaq üçün A4 kağızı götürülür. Aşağını 4-5 sm boşluq buraxacaq şəkildə sətir çəkilir. Yuxarıdan aşağıya doğru vərəqi 2 sütuna böləcək şəkildə xətt çəkilir. Sol sütun sağ sütundan 2-3 qat qalın ola bilər. Sol sütun açar sözlər, mövzu haqda suallar, fikirlər, sağ sütun isə qeydlər üçündür. Səhifənin ən yuxarısında başlıq, ən aşağısında isə xülasə sətiri var.
Kornell metodundan istifadə etmək üçün spesifik kağıza ehtiyac yoxdur.
Təhsil haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |