Korpiklaani

Korpiklaani ("Meşə klanı"[1], fin korpi — "sıx meşə", "cəngəllik" və klaani — "klan" sözlərindən) — Finlandiya folk-metal qrupu. 1993-cü ildə "Shamaani Duo" adı ilə restoran musiqi qrupu kimi yaranıb. O vaxt təkcə Yonne Yarvelya və Maaren Aykiodan ibarət olan qrup həftədə yeddi dəfə LaplandiyadakıHullu poro ("Dəli şimal maralı")restoranında çıxış edib. 1997-ci ildən qrup "Shaman" adlanıb. 2003-cü ildə isə "Shaman" qrupunun üzvləri "Korpiklaani" qrupunu yaradıblar və öz tarixlərini o vaxtdan hesablayırlar.

Korpiklaani
Myötätuulirock (2011)
Myötätuulirock (2011)
Əsas məlumatlar
Üslub folk-metal
Fəaliyyət illəri 2003—h.h.
Ölkə Finlandiya Finlandiya
Şəhər Lapti
Digər adı Shamaani Duo (1993-1997)
Shaman (1997-2003)
Dil ingiliscə
fincə
saamca
Leybl Nuclear Blast
Napalm Records
Heyət Yonne Yarvelya
Kalle "Kane" Saviyarvi
Yarkko Aaltonen
Tuomas Rounakari
Sami Perttula
Matti "Matson" Yohansson
Keçmiş üzvlər Yaakko "Hittavaynen" Lemettyu (2003—2011)
Teemu Eerola (2011—2012)
www.korpiklaani.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əvvəlki adı Shaman olan qrupun bu adının mənası fincə "Meşə oymağı" deməkdir. Jonne Järvelä bu stil dəyişikliyini yenə Finlandiya folk melodiyaları üzərində qurdu və xəyalındakı qrupu yaratmaq üçün yeni musiqiçi axtarmağa başladı. Qrupa ilk daxil olan Jaakko Lemmety adlı gənc viyolonist oldu. Daha sonra baterist və Jakko Lemmetynin köhnə dostu olan Matti Johanson qrupa daxil olur. Matti Johanson da özü ilə birlikdə bas gitarist Arto Tissari ve gitarist Toni Honkaneni gətirir. Toni Honkanen də o birilərdən geri qalmır, bir perküsyonist dostu Ali Määttä'yı gətirir. Korpiklaani'nin musiqisi olduqca finlandiyalıdı. Onlar ilhamlarını Finlandiya meşələrindən alırlar və bu musiqini yaradırlar. Beləcə 2003-cü ildə "Spirit of the Forest" ortaya çıxır. "Spirit of the forest" çıxdıqdan sonra Korpiklaani ikinci gitarist Kalle Savijärvi'ni qrupa daxil edir. 2004-cü ildə "Vocie of Wilderness" albomu üzərində işləyirlər. 2004-cü ilin sonunda akordeon Juho'nu qrupa daxil edirlər.

Albomlar
  • Idja (1999)
  • Shamaniác (2002)
Sinqllar
  • Oðða máilbmi (1998)

Korpiklaani olaraq

[redaktə | mənbəni redaktə et]
Albomlar
  • Spirit of the Forest (2003)
  • Voice of Wilderness (2005)
  • Tales Along This Road (2006)
  • Tervaskanto (2007)
  • Korven Kuningas (2008)
  • Karkelo (2009)
  • Ukon Wacka (2011)
  • Manala (2012)
  • Noita (2015)
  • Kulkija (2018)
  • Jylhä (2021)
Sinqllar
  • Keep On Galloping (2008)
  • Vodka (2009)
  • Ukon wacka (2010)
  • Metsälle (2011)
  • Rauta (2012)
  • Lempo (2015)
  • Levan Polkka (2012)
  1. Alex Zaglin. "Finnish Folk with a Twist: an Interview with Jarkko Aaltonen of Korpiklaani". TimesSquare.com. 2012-09-21. 2014-03-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-02.