Korporativ sosial məsuliyyət

Korporativ sosial məsuliyyət (ing. Corporate social responsibility) - şirkət və quruluşların cəmiyyətə qarşı olan məsuliyyətlərinin məcmuəsidir. Korporativ sosial məsuliyyət ilk olaraq şirkət və ya qurumun yaşadığı cəmiyyətdə vergilərin ödəməsi, ətraf mühitə hörmətlə yanaşması və öz işçilərinin iş şəraitinin düzgün qurmasından başlayır. Daha sonra bu fəaliyyət cəmiyyətin yararına olan hər hansı bir problem və ya paradiqmanı inkişaf etdirmək və ona dəstək olmaqla davam edir. Korporativ sosial məsuliyyət bir PR ictimaiyyətlə əlaqədar aktıdır. Bunun digər marketinq fəaliyyətlərindən fərqi və bənzər tərəfləri var. Fərqli tərəfləri ondan ibarətdir ki, şirkət və ya qurum korporativ sosial məsuliyyətə fəaliyyəti zamanı cəmiyyətin hər hansısa bir problemli bir sahəsinə kömək göstərir və bu köməklik qalıcı olur. Digər marketinq aktlarından fərqli olaraq korporativ sosial məsuliyyət zamanı media da öz öhdəliyini yerinə yetirərək bu fəaliyyətləri işıqlandırır. Və beləliklə, şirkətlər də korporativ sosial məsuliyyəti yerinə yetirməyə maraqlı olur. [1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2017-05-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-20.