Korsikanın fəthi (türk. Korsika'nın Fethi) — 1553-cü ildə fransız və Osmanlı qüvvələrinə dəstək olan korsikalıların Genuya respublikasının tərkibində olan Korsika adasının bir hissəsini, Osmanlı qüvvələri adadan ayrıldıqdan sonra isə bütün adanın fransızların əlinə keçməsi ilə nəticələnən hadisə.[1]
Korsikanın fəthi | |
---|---|
İtaliya müharibəsi (1551-1559) | |
| |
Tarix | 1553-1559 |
Yeri | Korsika |
Nəticəsi |
Fransız-Osmanlı ittifaqı Korsika bir hissəsini ələ keçirdi Osmanlı qüvvələrini adanı tərk etdikdən sonra, bütün ada fransızlar tərəfindən idarə olundu İtaliya müharibəsindən sonra ada cenevizlilərdə qaldı |
|
1551-ci ildə Müqəddəs Roma İmperatoru V Karl və Fransanın Kralı II Henrinin mübarizəsi iki dövlət arasında müharibəyə gətirib çıxardı. Atası I Fransiskin Osmanlı Sultanı Süleyman Qanuni ilə ittifaıqna əsasən Aralıq dənizindəki Müqəddəs Roma Cermen İmperiyasının fəaliyyətlərinə qarşı Osmanlı İmperiyasından yardım istədi. 1553-cü il 1 fevral tarixində iki ölkə arasında dənizdəki fəaliyyətlərlə bağlı yeni bir müqavilə imzalandı. Bir il əvvəl 1552-ci il avqustun 5-də Fransanın Osmanlıdakı elçisi Qabriel de Luetzin də müşayiət etdiyi Osmanlı donanması Andrea Dorianın rəhbərlik etdiyi Ceneviz donanması arasında Preveze dəniz döyüşü həyata keçimişdir və bu döyüşdə Osmanlı qüvvələri qalib gəlmişdir.
1553-cü ilin yazında Memar Sinan və Turqut Rəisin tabesində olan Osmanlı donanması Antoan Eskalin dez Amarın komandirliyi altında olan fransız donanması ilə birlikdə Napoli, Siciliya və Korsika sahillərinə hücum etdi.[2][3] Parmadakı Marşal Paul de Termesin başçılıq etdiyi fransız ordusu və Sampiro Korsonun əmrində olan korsikalı miqrantların dəstəyi ilə Fransa kralının göstərişi olmadan Korsika adasına doğru yola düşən müttəfiqlər 24 avqust 1553-cü ildə Bastiya limanını ələ keçirdilər. Yazın sonuna doğru fransızlar tam olaraq adanı işğal etdilər.
Fəthdən sonra fransız qüvvələrinin əksəriyyəti adanı tərk edərək Marsellə getdi; təxminən 5000 fransız əsgəri adanı tərk etmişdi. Adanı onlara kömək edən korsikalılara təslim etdilər.