Kosmik opera — hadisələrin əsasən kosmosda baş verdiyi, özündə maraqlı sərgüzəştləri əks etdirən və romantikanı vurğulayan elmi fantastikajanrının alt janrıdır.[1] Kosmik operanın bəlkə də ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, bu alt janrda personajlar, mübarizələr, qüvvələr və mövzular qeyri-adi səviyyəyə gətirilir.[2] Birinci kosmik operalar 1930-1940-cı illər arasında pulp jurnallarında (ucuz qiymətə satılan jurnallar) nəşr olunmuşdur. 1970-ci illərə qədər kosmik opera keyfiyyətsiz və ucuz elmi fantastika filmlərini ifadə etmək üçün istifadə edilirdi. Lakin 1977-ci ildə Corc Lukasın çəkdiyi Ulduz müharibələri: IV hissə - Yeni ümidfilmi işıq üzü gördükdən sonra həm tənqidi, həm də maliyyə baxımından çox böyük nailiyyətlər əldə etmiş və bu janra olan mənfi baxışı tamamilə dəyişdirmişdir.[3][4][5][6][7]
Kosmik opera kəlməsindəki “opera” sözünün musiqi ilə heç bir əlaqəsi yoxdur. Bu söz ingilis dilindən tərcümədə sabun opera mənasını verən “soap opera” janrından götürülmüşdür.
Letson, Russell; Wolfe, Gary K.; MacLeod, Ken; McAuley, Paul J.; Jones, Gwyneth; Harrison, M. John; Baxter, Stephen. "Special section on 'The New Space Opera'". Locus. No. 8. August 2003.
↑Agafonova, Karina, et al. "How Do People Read Science Fiction and Why is it Popular: Common Tendencies and Comparative Analysis." CEUR Workshop Proceedings, 2021.
↑Pringle, David. What is this thing called space opera? // Westfahl, Gary (redaktor). Space and Beyond: The frontier theme in science fiction (1st). Westport, CT: Greenwood Press. 2000. səh. 36. ISBN978-0313308468. İstifadə tarixi: 24 March 2017.