Türkiyə–Kosovo münasibətləri — Kosovo Respublikası və Türkiyə arasındakı mövcud ikitərəfli münasibətlər.
Türkiyə–Kosovo münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
17 fevral 2008-ci il tarixində Kosovo Respublikasının Serbiyadan müstəqilliyinin birtərəfli elan edilməsi baş verir. 18 fevral 2008-ci ildə Türkiyə Kosovo Respublikasının müstəqilliyini tanıyır. Türkiyə hökumətinin Kosovo Respublikası ilə yaxın ictimai-siyasi, mədəni, iqtisadi və hərbi əlaqələr qurmağa yönəlmiş siyasəti sayəsində iki ölkə arasında əlaqələr dostluq münasibətləri çərçivəsindədir. 2011-ci ildə Qellap İnstitutu Kosovo Respublikasının əhalisi arasında bir sorğu keçirdi, nəticəyə görə kosovalıların 85%-inin Türkiyəni dost bir ölkə kimi gördüyü məlum oldu.
Türkiyə Albaniya və Qərbin ənənəvi, bununla yanaşı Kosovo Respublikasının müstəqilliyini dəstəklədiyinə görə əsas müttəfiqi olaraq görülür. Kosovalı albanların əksəriyyəti yalnız Kosovo Respublikasının pasportlarına sahibdirlər, bu baxımından Türkiyə viza rejimi olmadan ziyarət edə biləcəkləri nadir ölkələrdən biridir. Türkiyə Kosovo ilə Serbiya arasındakı barışıq danışıqlarını rəsmən dəstəkləyir. Üstəlik Kosovo Respublikasının NATO və Aİ-na qoşulması üçün siyasi dəstək də verir. 2013-ci ilin oktyabr ayında, Kosovo Respublikasına rəsmi dövlət səfəri zamanı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan türkləri və kosovalıları ortaq bir tarix, mədəniyyət, sivilizasiya birləşdirdiyini və bu iki xalqın qardaş olduğunu söyləyir. Ardından Türkiyənin Kosovo, Kosovonun da Türkiyə olduğunu sözlərinə əlavə edir. Türkiyə Baş nazirinin şərhləri Serbiyada hiddət doğurur[1].
Türkiyədəki alban diasporu Kosova Respublikasının müstəqilliyinin Türkiyə tərəfindən tanınmasını qətiyyətlə dəstəkləyir. Bəzi təxminlərə görə Türkiyədə oplan kosovalı albanların sayı Kosovo Respublikasında olanların sayından çoxdur[2][3][4]. Türkiyənin Ədalət və İnkişaf Partiyası bir çox alban mənşəli insanın bu ölkədə yaşadığını, bunun daxili və xarici siyasətə müəyyən təsir göstərdiyini qəbul edir. Kosovo Mehmet Akif Ərsoyun (Türkiyənin milli marşının müəllifi) atasının və eyni zamanda bir çox alban əsilli məşhur türkiyəlinin yurdudur. Kosovo Respublikasında 20.000 türk yaşayır və Türk dili bu dövlətin rəsmi regional dillərindən biridir[5].
Türkiyə Kosovo Respublikası üçün vacib ticarət tərəfdaşıdır. Ölkələr arasındakı ticarət pozitiv dinamika və davamlı böyümə göstərir. Türkiyə Kosova Respublikasında avtomobil yolları və hava limanlarının inşasına investisiya yatırır. 2010-cu illərin əvvəllərində iki ölkə arasında 500 milyon ABŞ dolları dəyərində müqavilələr imzalanmışdır. Türkiyə Kosovo Respublikası iqtisadiyyatının ən qabaqcıl üç investorundan biridir.
2010-cu illərdə Türkiyə hökumət, Kosova Respublikasından bu dövlətin Osmanlı dövrü ilə əlaqəli təhqiramiz materiallardan ibarət olan məktəb dərsliklərinin məzmununun dəyişdirilməsini istəyir. Bu tələbə Kosovo Respublikasının səlahiyyətliləri məktəb dərsliklərinin məzmununa neytral terminologiya əlavə etməklə dəyişiklik edilməsinə qərar verir[6][7].
Kosovo Respublikasının polisi 2018-ci ilin fevralında “Kürdüstanın Azadlığı” mitinqini qadağan edir. Kosovo Respublikası səlahiyyətlilərinin mövqeyinə görə, mitinq təşkilatçılarının mitinq keçirmək üçün icazəsi olmadığı və belə bir hadisənin gözlənilməz nəticələrə gətirib çıxara biləcəyi fikrini irəli sürür. Türk səlahiyyətliləri Kosovo Respublikasının bu hərəkətini yüksək qiymətləndirir və bu mitinqin keçirilməsinin ölkələr arasındakı münasibətlərə mənfi təsir göstərə biləcəyini əlavə edir[8][9].