Kosovo Futbol Federasiyası (alb. Federata e Futbollit e Kosovës, serb. Fudbalski savez Kosova (FSK) / Фудбалски савез Косова (ФСК)) və ya qısaca KFF — Kosovoda futbola nəzarət edən rəsmi qurum. Baş ofisi paytaxtda – Priştina şəhərində yerləşir. Federasiyaya Fadil Vokri rəhbərlik edirdi.
Kosovo Futbol Federasiyası | |
---|---|
UEFA | |
Yarannma tarixi | 1946 |
UEFA üzvlüyü | 3 may 2016 |
Vebsayt | ffk-kosova.com |
Kosovo Futbol Federasiyasının yaranma tarixi 1946-cı ildən başlayır.
2016-cı il may ayının 3-də Macarıstanın paytaxtı Budapeştdə quruma üzv olan bütün milli assosiasiyaların iştirakı ilə keçirilmiş UEFA-nın 40-cı Növbəti Konqresində Kosovonun UEFA-ya üzvlüyü müzakirə edilib. Səsvermədə 54 səsdən Kosovonun üzvlüyü lehinə 28, əleyhinə 24 səs verilib; 2 bülleten isə etibarsız sayılıb[1]. Səsvermdən sonra Kosovo UEFA-ya daxil olan 55-ci ölkə kimi tanınmışdır.[2][3]
UEFA-dan sonra FİFA da bu ölkənin üzvlüyü məsələsinə baxılmışdır[4]. 2016-cı ilin mayın 11-13-ü tarixlərində Meksikanın paytaxtı Mexikoda keçirilmiş FİFA-nın 66-cı konqresində bununla bağlı səsvermə keçirilmişdir[4]. Səsvermənin nəticələrinə əsasən, 141 federasiya Kosovonın FİFA üzvü seçilməsinin lehinə, 23 federasiya isə əleyhinə səs vermişdir[4]. Nəticədə dünya futbol ailəsinə qəbul edilən Kosovo FİFA-nn 210-cu üzvü olmuşdur[4].
Beləliklə, Kosovo milli komandası DÇ-2018-in seçmə mərhələsində iştirak etmək hüququ əldə etmişdir[4].
Kosovo Futbol Federasiyası 8 müsabiqənin təşkilatçısıdır[5]. Həmin yarışlar bunlardır:
Kosovo Futbol Federasiyası bu milli komandaların fəaliyyətini təşkil edir: