Kosovo milli futbol komandası — Beynəlxalq müsabiqələrdə, müstəqil Kosovo Respublikasını təmsil edən futbol üzrə milli komanda. Kosovo Futbol Federasiyasının rəhbərliyi altında fəaliyyət göstərir.
Assosiasiya | Kosovo Futbol Asossasiyaları | |||
---|---|---|---|---|
Konfederasiya | UEFA (Avropa) | |||
Baş məşqçi | Bernar Şalland | |||
Stadion | GSP Stadionu | |||
FİFA kodu | KOS | |||
| ||||
İlk beynəlxalq oyunu | ||||
Albaniya 3-1 Kosovo | ||||
Ən böyükhesablı qələbəsi | ||||
Kosovo 7-1 Monako | ||||
Ən böyükhesablı məğlubiyyəti | ||||
Xorvatiya 6-0 Kosovo |
1993-cü ildə Yuqoslaviyanın süqutundan sonra bölgə özünün müstəqil futbol komandasını təşkil etmişdir. Kosovonun ilk qeyri-rəsmi oyunu Albaniya yığmasına qarşı baş tutur. Bu oyun albanların 3:1 hesablı qalibiyyəti ilə bitmişdir. Hazır ki, vəziyyətə görə kosovolular olduqca az oyun keçirmişlır. Onların böyük qismi isə peşəkar komandalara qarşı baş tutmuşdur. Kosovonun ən böyük hesablı qalibiyyəti 7:1 nəticə olmuşdur. Bu zaman komandanı Muxarrem Saxiti idarə edirdi. Kosovonun ən böyük uğurlarından biri Şimali Kiprdə keçirilən yarışmada əldə edilmişdir. 2005-ci ilin noyabrında baş vermiş yarışmada kosovolular ikinci yeri tutmuşlar. Yalnız yerli komandaya məğlub olmuşlar[1].
6 may 2008-ci ildə Kosovo Milli Futbol Federasiyası FİFA-ya komandanın rəsmən tanınması və FİFA-nın bütün turnirlərində iştirak etmədi üçün müraciət göndərilmişdir. Kosovo Milli Futbol Federasiyasınln Rezidenti Fadil Vokri bu müraciəti «tarixi an» elan edərək və Kosovonun FİFA-ya üzv seçiləcəyinə ümid bəslədiyini bildirmişdir. Kosovonun bu müraciəti qəbul edilməmişdir. Kosovonun müraciəti FİFA parlamentinin 10-cu maddəsini pozduğunu bildirərək onu qəbul etməmişlər. Əsas isə Kosovonun dünyanın bir çox ölkəsi tərəfindən tanınması idi[2].
2012-ci ilin dekabrında FİFA-nın futbol dünyası xəritəsinə yeni dövlət əlavə edilir. Belə ki, Tokiyada təşkil edilən toplantıda Kosovonun klubları, qadın futbol komandası, gənclər komandası yoldaşlıq oyunlarında iştirat etməsinə ixazə verilir[3].
3 may 2016-cı ildə Kosovo rəsmi olaraq UEFA-ya qəbul edilmişdur. 13 may 2016-cı ildə isə Kosovo FİFA-nın üzvü olur.
Kosovo milli futbol yığmasının ilk rəsmi səviyyətə oyunu 2018-ci il DÇ çərçivədində Finlandiyaya qarşı keçirmişdir (5 sentyabr, 2016).
Sonuncu yarışmalardan biri isə 24 mart 2017-ci ildə baş tutmumdur.