Kosovo albanları (alb. Shqiptarët në Kosovë, Kosovarlar, alb. Kosovar) — Kosovo Respublikasında say baxımından üstünlük təşkil edən etnik qrup. Bu qrupuna daxil olan albanların böyük əksəriyyəti islam dinində etiqat edir. Az miqdarda katolik xristian albanlarda da vardır.
Ümumi sayı | |||
---|---|---|---|
2.1 milyon nəfər | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Dini | |||
Yuqoslaviya Sosialist Federativ Respublikasında 1991-ci il siyahıya alınmasına görə Kosovoda 1 596 072 etnik alban (ümumi əhalinin 81,6 %) yaşayırdı. 2000-ci ilə görə onların sayı 1 584 000 ilə 1 733 600 (ümumi əhalinin 88 %) arasında dəyişirdi. Hazırda isə onların sayı ümumi əhalinin 92,93 % təşkil edir.
Kosovo albanları sadəcə olaraq bir etnik albanlardır. Onlar yerli və gəlmə olmaqla iki qrupa bölünürlər. Alban diasporunun böyük qismi Kosovo müharibəsindən sonra formalaşmışdır. Onların böyük əksəriyyəti ölkələrindən kənarda əsasən Almaniya və İsveçrədə cəmləşmişlər. Almaniyada etnik baxımından kosovo albanı olan 300 min insan yaşayır. İsrveçrədə isə təxmini 200 min insan məskunlaşmışdır[2][3][4].
Albanların Kosovoya köçü əsasən orta əsrlər dönəminə təsadüf edir. Xüsusi olaraq Osmanlı imperiyası dönəmində albanlar bölgənin iqtisadiyyatına öz töhfələrini vermişdir. 1981-ci ildə Kosovalı alban tələbələri Yuqoslaviya daxilində Kosovonun Respublikaya çevrilməsini istəyən etiraz aksiyaları keçirmişlər. Bu etirazlar mərkəzi Yuqoslaviya hökuməti tərəfindən sərt şəkildə qarşısı alınır. Yuqoslaviyada baş qaldıran serb millətçiliyi ölkə daxilində münaqişələri dahada alovlandırır. Buna cavab olaraq 1990-cı il iyulun 2-də Alban parlamenti Kosovanı müstəqil bir ölkə elan etdir. Albanlar tərəfindən Azadlıq ordusu təşkil edilir. Albanlar serblərin millətçilik əməllərini önləmək üçün münaqişəyə cəlb oldular. Serb hökuməti Xorvatiya və Bosniya və Hersoqovinada müharibə bitdikdən sonra bu bölgələrdən gəlmiş qaçqınları Kosovoya yerləşdirməyə başladı. Sonradan isə onlar geri qaytarıldı.