Kosovoda dəmiryolu

Kosovoda dəmiryolu

Kosovoda dəmiryolu — Kosovo Respublikasında nəqliyyat sisteminin əsas tərkib hissələrindən birini təşkil edir. Ölkədə dəmir yollarının ümumi uzunluğu 333 km-dir. Reylslər arasında məsafə 1435 mm genişlikdədir[1]. Qismən tanınmış Kosovo Respublikası dəmir yollarına ölkənin mülkiyyəti kimi baxır[2]. Trainkos şirkəti Kosovo dəmir yollarının operatorudur.

Kosovo ərazisindən ilk dəmir yolu xətti 1874-cü ildə General-Yankoviç şəhərindən Kosovo-Pole və Kosovska Mitrovisa istiqamətində olmuşdur. Bu Kosovo regionunda dəmir yolunun inkişafı üçün başlanğıc olmuş və region iqtisadiyyatında mühüm rol oynamışdır. 1934-cü ildə bu xəttin müxtəlif qolları inkişaf etdirilmişdir. 1934-cü ildə Kosovo Mitrovisa - Leşak, 1936-cı ildə Kosovo-Pole - Reç, 1949-cü ildə Priştina - Poduevo - Livadisa, 1963-cü ildə isə Klin - Prizren xətləri çəkilmişdir. 1990-cı illərə qədər dəmir yolları Yuqoslaviyanın idarəsində olmuşdur. 2008-ci ilə qədər isə bu xətlər Serbiyanın idarəçiliyində idi.

Müasir vəziyyət

[redaktə | mənbəni redaktə et]

2014-cü ildən etibarən dəmir yolları iki şəhər (Qnilane və Cakovisa) istisna olmaqla Kosovonun əhəmiyyətli bir hissəsini əhatə edir.[3]. Gələcəkdə dəmir yollarının Albaniya dəmir yolu xətdinə birləşdirilməsi planlaşdırılır.

Dizel-elektrikli lokomotivləri Kosovo dəmir yollarında fəaliyyət göstərir. Dəmir yolu nəqliyyatı turistlərin daşınmasında əhəmiyyətli rol oynayır[4].

Kosovanın daxili daşınması aşağıdakı kimidir: Reç-Priştina, Kosovo-Pole və General- Yankoviç, Kosovo-Pole və Qraçanisa. Beynəlxalq daşımalara gəldikdə isə gündə bir dəfə sürətli qatar Priştina-Skopye və geri istiqamətdə hərəkət edir[5].

İl Sərnişin daşıma Gəlir (avro)
2013 276 852 179,515
2012 267 901 171 943
2011 279 330 193 593
2010 281 650 184 972
İl Yük daşıma (çəki) Gəlir (avro)
2013 778 134 2 332 274
2012 488,539 1 601 675
2011 748 667 2 450 434
2010 877 332 2 864 370

[6]

  1. Kosovo Arxivləşdirilib 2019-04-12 at the Wayback Machine // The World Factbook — Central Intelligence Agency
  2. "Transporti". rks-gov.net. 2014-03-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-02.
  3. "RTK". rtklive.com. 2014-03-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-02.
  4. "http://esk.rks-gov.net/publikimet/doc_download/1018-permbledhje-e-te-dhenave-te-transportit-dhe-telekomit-ne-kosove". esk.rks-gov.net. 2014-03-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-02.
  5. "Hekurudhat". kosovorailway.com. 2014-02-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-02.
  6. "Arxivlənmiş surət" (PDF). 2014-11-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-04-17.