Kostyol

Qdansk kostyolu

Kostyol (pol. kościół, belar. касцёл, çex. kostel, slovak. kostol, ukr. костел — "kilsə", latın dilindən olan lat. castellum "fort, fortifikasiya" sözündən gəlir) — slovak, çex, polyakUkrayna dilində xristian məbədinə verilən ad. Bununla belə, polyak, slovak, Ukrayna və Belarus dillərində "kostyol" sözü "pravoslav kilsə" mənasında istifadə olunmur, çex dilində isə bu söz bütün xristian məbədlərinə aid edilə bilər. Rus ədəbiyyatında "kostyol" sözü tez-tez Polşa katolik məbədi mənasını daşıyır. Kostyollar, əsasən, barokko, az halda qotikaroman üslubunda olur.

UNESCO-nun ümumdünya irsinə daxil edilmiş Polşanın cənubunda yerləşən kostyollar

[redaktə | mənbəni redaktə et]
Qmina Şəkil Adı Tikilmə tarixi
Binarowa Müqəddəs Arxangel kostyolu 1500-cü illər.
Blizne Bütün müqəddəslər kostyolu 1470-ci illərə kimi
Dębno Müqəddəs Mixail Arxangel kostyolu XV əsr
Haczów Müqəddəs Məryəm kostyolu 1388 il.
Lipnica Dolna Müqəddəs Leonard kostyolu XV əsrin sonu
Sękowa Müqəddəs Filipp və Yakov kostyolu 1520 il.