Kot Diji qalası

Kot Diji qalası (Urdu dilində: کوٹ ڈیجی قلعہ‎; Sindhi dilində: ڪوٽ ڏيجي جو قلعو‎) — Kot Diji qalası əvvəllər Əhmədabad qalası kimi tanınırdı; 18-ci əsrdə Talpur dövrünə aid qala olub Pakistanın Xayrpur dairəsinin Kot Diji şəhərində, Hind çayından təxminən 25 mil şərqdə, Tar səhrasının kənarında yerləşir. Qala e.ə. 2800-2500-ci illərə aid edilən Harappa mədəniyyəti öncəsi arxeoloji qazıntı sahəsindən yuxarıda yerləşir.  

Kot Diji qalası
Xəritə
27°20′46″ şm. e. 68°42′34″ ş. u.HGYO
Ölkə
Şəhər Kot Diji, Pakistan
Yerləşir Rohri təpələri, Sindhi
Tikilmə tarixi 1785-1795
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kot diji qalası Mir Söhrab xan Talpur[1] tərəfindən 1785-1795-ci illərdə tikdirilib.[2] Bu yer Röhri təpələrinin cənub qurtaracağındakı təpənin üzərində, Harappa öncəsi mədəniyyətin qalıqları yerləşən tarixəqədərki kurqanların yuxarısındakı ərazidə yerləşir.[3]

Qala Kot Diji şəhərində yerləşən 110 fut hündürlükə olan təpənin üzərindədir. Qalanın 30 fut uzunluğundakı divarları qalanın ən yuxarı hissəsini dövrəyə alır və 1,8 km perimetrində dar bir qala formalaşdırır. Qala hər biri 50 fut hündürlükdə olan 3 strateji qüllədən ibarətdir. Qalada topları yerləşdirmək üçün bir neçə yer, müdafiə olunmaq üçün çoxsaylı daxili keçidlər var. Qalada həmçinin su anbarı, həbsxana, divanxana, döyüş sursatı anbarı, təhlükəsizlik xidməti əməkdaşları üçün bir sıra hücrələr və bir kiçik şah iqamətgahı mövcuddur.[2]

Pakistan höküməti onun Pakistanda qorunan mədəni irsə aid abidə olduğunu elan edib. Buna baxmayaraq qalanın bəzi hissələri güclü yerli ailələrin nəzarəti altındadır.[4]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Talpur-era Kot Diji Fort now home to encroachers

  1. "Discovering Sindh". Tribune. 24 January 2015. Arxivləşdirilib 15 iyul 2020 at the Wayback Machine 5 mart, 2017-ci il tarixində arxivləşdirilib.
  2. 1 2 Khan, Shameen (30 April 2015). "Kot Diji Fort: A symbol of the Talpur dynasty" Arxivləşdirilib 7 iyul 2022 at the Wayback Machine 2017-ci il 5 mart tarixində arxivləşdirilib.
  3. Ahmed, Mukhtar (2014). Ancient Pakistan - an Archaeological History. Amazon. p. 480. ISBN 9781495966439.
  4. Pakistanda Kot Diji qalası Arxivləşdirilib 2017-02-11 at the Wayback Machine 12 Mart, 2012-ci il tarixində "Pakistan today" saytında dərc edilib, 8 fevral 2017-ci ildə arxivləşdirilib